Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Uğura gedən dördgünlük yol

Yolum yenə Ağdama düşdü. Bu səfər əvvəlkilərdən xeyli fərqli idi. Dördgünlük müharibədən sonra ilk dəfəydi bu  yolu gedirdim.

Etiraf etməliyəm ki, dörd gün, hamı kimi, mənim üçün də çox gərginliklə keçdi.

1994-cü ilin may ayından bu yana, Horadiz əməliyyatlarından sonra, Azərbaycan ordusu  ilk dəfə olaraq tarix yazmağa nail oldu. Strateji yüksəklikləri əldə etməklə yanaşı, canlı qüvvə sarıdan itkilərimiz də oldu. Peşəkar zabit və əsgərlərimiz erməni tapdağı altında olan torpaqlarımızın azadlığı uğrunda şəhid oldular.

Ən böyük təsəllimiz  odur ki, itkilərimizin sayından asılı olmayaraq, işğal altındakı torpaqlarımızın hələlik az bir qismini düşməndən azad edə bilmişdik.

İkinci bir tərəfdən, ideoloji müharibədə üstün olduğumuzu göstərdik.

Üçüncü məqam isə hamılıqla siyasi etiqadından asılı olmayaraq, hamı bir nöqtəyə vurdu. Və yekdillik nümayiş etdirə bildik.

Mən isə dördgünlük müharibə dövründə ideoloji sahədə az da olsa bacardığım köməyi  göstərməyə çalışmışdım. Ancaq yenə rahatlıq tapmaq üçün doğma  rayonumu ziyarət etməyə qərar verdim.

Sərhədyanı istiqamətdə əhalinin vəziyyətiylə tanış olmaq, “Seyid Lazım Ağa ocağını” ziyarət etmək üçün Çəmənli kəndinə doğru yollandım.

Bənövşələr kəndindən sonra “Kəhriz”in yanında  Ağdam rayonunun rəsmilərini, fəxrimiz Arif Babayev  və Mənsum İbrahimovu gördüm. Belə fürsəti əldən verməmək üçün maşını kənara verib düşdüm.

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov və rayon rəsmiləriylə, habelə xalq artistlərimiz  Arif Babayev  və Mənsum İbrahimovla, istedadlı xanəndə Təyyar Bayramovla və ATV-nin tanınmış aparıcısı Zaur Baxşəliyevlə görüşdüm.

Çox sevincli anların şahidi oldum. Yadda qalan məqamlardan biri də söhbətə millət vəkili Qənirə Paşayevanın qoşulması oldu. Sözün düzü, etiraf etməliyəm ki, söhbət etdiyim insanların hər birinin gözündə işıq var idi. Rahatlıq var idi. Elə bil hamı bu məqamı səbrsizliklə gözləyirmiş.

Beləliklə, söhbət əsnasında diqqətimi çəkən bəzi məqamları qeyd etməyə çalışacağam.

– Raqub Məmmədov: “Bu gərgin və həssas günlərdə Ali Baş Komandanın verdiyi tapşırıqları yerinə yetirməklə ağdamlılar bir daha isbat etdilər ki, onlar hamılıqla cənab prezidentin yanındadırlar. Düşmən son anda əhali arasında çaşqınlıq yaratmaq üçün mülki əhalini nişan almışdı. Nəticədə dörd gündə Ağdam ərazisində 72 mənzilə ciddi ziyan dəydi. Sakinlərimizə dövlətimizin qayğısıyla bundan da daha əzəmətli mənzillər inşa edəcək. Bu maddi ziyanla üzləşməyimiz bizləri heç də ruhdan salmadı.  Biz ağdamlılar Ali Baş Komandanın hər an hücum əmrini gözləyirik”.

– Qənirə Paşayeva: “Mən Lələ təpəni ziyarət edib Ağdama gəldim. Burdan isə Tərtərə, ordan da Tovuz rayonuna yola düşəcəyəm. Şəhid olan zabitlərin əksəriyyətini şəxsən tanıyırdım. Bu gün ordumuz dördgünlük müharibəylə nəyə qadir olduğunu göstərdi. Dördgünlük müharibədə Azərbaycan atdığı hər bir addımıyla dünyaya səs saldı. Bununla da dünyaya “mənimlə də hesablaşmağın vaxtı çatıb” mesajını verdi”.

– Arif Babayev: “Sərhədyanı kəndlərdə bu gün keçirdiyimiz görüşlərdə hər bir ağdamlının gözündə bir ümid gördüm. Ağdamlılar Ali Baş Komandanın ətrafında birləşdiklərini əyanı şəkildə göstərdilər”.

– Mənsum İbrahimov: “Belə ağır və çətin günlərdə hamının rayonda olması, öz işiylə məşğul olması, hər bir ağdamlının Azərbaycan ordusuna günvənməsindən xəbər verir. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.

– Zaur Baxşəliyev: “İlk dəfə olduğum “Çay evi” müasir Ağdamın simvoluna çevrilib. Əminəm ki, Ağdamda da belə bir “Çay evi”ni inşa etmək bizə qismət olacaq. Bu gün görüşdüyüm insanların həyata olan inamları bunu deməyə mənə əsas verir”…

Bəli, çox maraq doğuran sual-cavabların şahidi olmuşdum.

İcra başçısı Raqub Məmmədov təmkinini  pozmadan hər bir hadisəyə münasibət bildirməsiylə, ən ağrılı məqamlarda belə, özünü itirmədən camaatının yanında olmasıyla 72 %-i  işğal altında olan bir rayonda bundan sonra hələ çox işlərə, layihələrə imza atacağından xəbər verirdi. Xatırladım ki, sərhəddə qızğın döyüşlərin getdiyi bir məqamda Quzanlı qəsəbəsində həyata keçirilən layihələrin icrası öz axarındaydı.

Lələ təpədə şahid olduğu məqamları bizimlə də bölüşən millət vəkili Qənirə Paşayeva elə həvəslə danışırdı ki, hiss edirdin ki, özü də o anları yenidən yaşayır, daha doğrusu yaşamaq istəyindədir.

Əsgərlərin çox ümidlə danışmaları əldə edilən nailiyyətlərin davamlı olacağından xəbər verir. Xanım millət vəkilinin xəstəxanada  yaralı mülki vətəndaşlara, o cümlədən dar-macalda  vaxt ayırıb rayon ərazisində şəhid olan əsgərin ailəsinə  baş çəkmək istədiyini bildirməsini isə unutmaq olmaz…

Görüşdən sonra yarımçıq qoyduğum ziyarətə gedirəm. Ziyarətdə Seyid Lazım Ağanın oğlu Mir Yusifağa ilə görüşürəm. Çox ümidlidir. Onlarca sakinin bu dörd gündə heç nəyə fikir vermədən ziyarətə gəldiyini deyən ağa tezliklə doğma Ağdama və işğal altında olan digər yaşayış məntəqələrinə donəcəyini xüsusiylə vurğuladı.

Qayıdanda isə Xındırıstan kəndində yazılarımdan birinin qəhrəmanı olmuş çörəyini kərpic kəsməkdən çıxaran Anarla görüşürəm. Vəziyyətlə bağlı verdiyim suallara dəqiqliklə cavab verən Anar əvvəlki qazancının olmadığını desə də, ümidlə yaşayır, inanır ki, elə öz kəsdiyi kərpiclə də doğulduğu Qiyaslı kəndində ev tiktib ailəsini dolandıracaq…

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Aprel 2016
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930