Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Rusiya Baş qərargahı Qarabağda müharibəni necə dayandırdıqlarını açıqladı

Qarabağda aprelin 1-dən 2-nə keçən gecə başlayan irimiqyaslı hərbi əməliyyatlar Rusiyanın hərbi, diplomatik və siyasi kanallarla göstərdiyi intensiv səylərin nəticəsi olaraq aprelin 5-də dayandırıldı. Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisləri Rusiya silahlı qüvvələrinin baş qərargah rəisinin vasitəçiliyi ilə Moskvada görüşüb atəşkəs barədə şifahi razılaşma əldə etdilər.

İndi erməni tərəfi iddia edir ki, guya atəşkəs barədə əvvəlcə Azərbaycan tərəfi xahiş edib və baş qərargah rəislərinin görüşünə hazır olduğunu Moskvaya birinci çatdırıb. Azərbaycan Müdafiə Nazirliyi atəşkəs barədə birinci kimin müraciət etdiyi barədə deyilənləri şərh etmir. Ancaq Rusiya Baş qərargahındakı və Müdafiə Nazirliyindəki mənbələr tərəflərin hərbi əməliyyatları dərhal dayandırılması barədə səylərin məhz Moskva tərəfindən başladıldığını təsdiq edirlər.

Yəni faktiki olaraq hər iki tərəf Moskvanın hərbi əməliyyatların dərhal dayandırılmasına dair göstərdiyi güclü təzyiqlər qarşısında geri addım atıb.

Virtualaz.org xəbər verir ki, Rusiya Baş qərargahındakı mənbə “Kommersant Vlast”a (“Kommersant”ın həftəlik əlavəsi) hərbi əməliyyatların başlanması barədə daxil olan ilk məlumatlardan sonra hərəkətə keçdiklərini deyib.

“Bizə dərhal aydın oldu ki, bu adi atışma deyil, tammiqyaslı müharibənin məşqidir. Ona görə də vəziyyət barədə ölkə rəhbərliyinə məruzə edəndən dərhal sonra biz Azərbaycan və Ermənistan tərəfləri ilə əlaqə yaratdıq. Onları silahı yerə qoyub hərbi əməliyyatları dərhal dayandırmağa, danışıqlar masası arxasına keçməyə çağırdıq”-mənbə bildirib.

Baş qərargahdakı zabit onu da deyib ki, əslində irimiqyaslı hərbi əməliyyatların daha əvvəl başlaması da mümkün idi. Çünki fevralın əvvəllərində Azərbaycan və Ermənistan bir birlərinin mövqelərin güclü zərbələr endirmişdilər,ancaq o vaxt məsələ birbaşa toqquşmaya qədər gedib çıxmadı. Lakin bu dəfə irimiqyaslı müharibə çox yaxın idi. Təmas xəttinə ağır silahlar və hərbi texnika yeridilmişdi.

Rusiya ordusunun istefada olan polkovniki Viktor Muraxovski isə “Vlast”a şərhində deyib ki, kəmiyyət və keyfiyyət baxımından Azərbaycan ordusu Ermənistan ordusundan üstündür. Bu, şəxsi heyətin hazırlığında və kifayət qədər böyük silah arsenalında da özünü göstərir. Lakin ekspertin qiymətləndirmələrinə görə, əməliyyat vəzifələrini yerinə yetirmək üçün Azərbaycan, hərəsində ən azı 45 min əsgər olmaqla, iki operativ qruplaşmaya malik olmalıdır. Bunu isə səfərbərlik elan edilmədən təmin etmək mümkün deyil.

“Ona görə də elə təsəvvür yaranır ki, hər şey spontan alındı. Tərəflər əllərinin altında hansı bölmələr vardısa onu təmas xəttinə yeritdi”-polkovnik deyib.

Rusiya Müdafiə Nazirliyindəki mənbə isə deyib ki, onlar hərbi əməliyyatların dayandırılmasına çalışırdılar. Hansı ki, Azərbaycan ordusu geri aldığı strateji yüksəkliklərdə, məsələn, Talış kəndi ətrafında möhkəmlənmək istəyirdi, erməni hərbçiləri isə öz növbəsində buna imkan verməməyə çalışırdı. Nəhayət aprelin 5-də Rusiyanın təşəbbüsü ilə Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qəargah rəisləri Moskvaya getdilər.

Onlar təmas xətti boyu hərbi əməliyyatların dayandırılmasına dair razılıq əldə etdilər. Kremldəki yüksək rütbəli mənbə də tərəflərin döyüşləri Rusiyanın səyləri ilə dayandırdığını təsdiq edib. Mənbə bildirib ki, zərurət yaranarsa Moskva yenə vasitəçi funksiyasını üzərinə götürməyə hazırdır. “Əgər situasiyanı stabilləşdirmək üçün Azərbaycan və Ermənistan prezidentlərini bir araya gətirmək lazım gələrsə heç bir şübhə yoxdur ki, biz bunu da edəcəyik”-mənbə “Vlast”a deyib.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Aprel 2016
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930