Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Oleq Kuznetsov: Ermənistan Müdafiə Nazirliyinin həlak olanlar siyahısında Dağlıq Qarabağın bir sakini də yoxdur

Tarixçi və siyasi analitik, tarix elmləri doktoru Oleq Kuznetsov “Qarabağ münaqişəsi zonasında kövrək atəşkəs: sülhü necə qorumaq?” mövzusunda keçirilən mətbuat konfransı çərçivəsində Dağlıq Qarabağ münaqişəsinə hüquqi qiymət verib, vəziyyəti Rusiya qanunvericiliyi baxımından araşdırıb.

O deyib: “Ermənistan istisna olmaqla elə bir dövlət yoxdur ki, Azərbaycanın ərazi bütövlüyünü tanımamış olsun. Hazırda Ermənistan tərəfindən işğal edilmiş torpaqlar da müvafiq olaraq beynəlxalq hüquq baxımından Azərbaycanın ayrılmaz hissəsidir. Mənə dünyanın elə bir ölkəsini göstərə bilərsinizmi ki, Dağlıq Qarabağ respublikasını tanısın? Rusiya tanımır, hətta Ermənistanın özü də tanımır. Bundan hansı nəticə çıxır? Hay-küylə Artsax adlandırılan ərazidəki bütün strukturlar, xüsusilə hərbi strukturlar Rusiya Federasiyası cinayət qanunvericiliyinə (Cinayət Məcəlləsinin 208-ci maddəsi) əsasən qeyri-qanuni silahlı birləşmələrdir. Münaqişənin aprelin 2-dən 5-dək gərginləşməsindən sonra Ermənistan Müdafiə Nazirliyi öz saytında ölənlərin siyahısını dərc edib və onların dəfn olunduğu yerləri göstərib. Bu siyahıda Dağlıq Qarabağın bir sakini belə yoxdur.

Həlak olması hazırda Ermənistan Müdafiə Nazirliyi tərəfindən bildirilən və ya rəsmən təsdiq olunan 57 nəfərin hamısı əslən Ermənistandandır. Əgər Ermənistan Dağlıq Qarabağı tanımırsa, o zaman sual yaranır: bəs onda Ermənistan vətəndaşları bu dövlətin tanımadığı digər dövlətin ərazisində və ya qeyri-qanuni yaradılmış silahlı birləşmələrinin tərkibində nə edirlər?

Rusiya Federasiyası Cinayət Məcəlləsinin 356-cı maddəsinə əsasən, bu, “muzdlu hərbçilər” adlanır və 15 il müddətinə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur. Müvafiq olaraq belə çıxır ki, adamların Ermənistan ərazisindəki işğalçı qoşunların tərkibində olması ya muzdlu hərbçilər, ya da qeyri-qanuni hərbi birləşmələrdə iştirak hesab edilir.

Buradan məntiqi nəticə çıxır: kim suveren dövlətə – Azərbaycan Respublikasına öz ərazisindəki cinayətkarları məhv etməyə qadağa qoya bilər? Məsələ belədirsə, sual yaranır: qeyri-qanuni silahlı birləşmələrlə suveren dövlət arasındakı münaqişə hansı yolla həll edilməlidir? Suveren dövlət ya onları məhv etməli, ya gəldikləri yerə sıxışdırmalı, ya da həmsərhəd ölkələrin vətəndaşlarına qarışmasına imkan verməlidir. Yəni cinayətkarlara öz ərazisindən çıxmağa imkan yaratmalıdır ki, onlar öz əməllərini qonşu ölkələrin ərazisində davam etdirsinlər.

Bu, Rusiyaya lazımdır? Düşünürəm ki, yox. Bu, Türkiyəyə lazımdır? Yox. Bu, İrana lazımdır? Yox. Bu, Gürcüstana lazımdır? Yox. Ermənistanın mövqeyi bu baxımdan maraqlı olardı, lakin bu günədək bildirilməyib.

Bunu əsasən yenə də Rusiya hüquq sistemi baxımından Dağlıq Qarabağ münaqişəsinin bircə ağıllı həll variantı var. Ermənistan Azərbaycan ərazisindən cinayətkarları çıxarır və öz ərazisində onları mühakimə edir, paralel olaraq, işğal edilən torpaqları Azərbaycan Respublikasının yurisdiksiyasına verir. Rusiya qanunvericiliyi baxımından digər variant yoxdur”.

Ekspert daha sonra sual edir ki, Ermənistanın bundan əvvəlki prezidenti kim olub, Ermənistanın indiki prezidenti Qarabağ münaqişəsi illərində kim olub. Biz görürük ki, keçmiş Dağlıq Qarabağ respublikasının siyasi rəhbərləri hazırda Ermənistanda siyasi hakimiyyətə rəhbərlik edir. Biz faktiki olaraq ermənilərin Artsax adlandırdığı qurumun Ermənistanı işğal etməsi barədə danışa bilərik.

Beləliklə də, erməni xalqı Koçaryan-Sarkisyan siyasi klanından azad olandan, Dağlıq Qarabağ münaqişəsi dalğasında Ermənistanda hakimiyyətə gələn qüvvələr gedəndən sonra erməni xalqının demokratik, ağıllı, humanist qüvvələri danışıqlar masasının arxasına əyləşəcək.

Oleq Kuznetsov sonda deyib ki, hazırkı vəziyyətdə erməni xalqı Azərbaycan torpaqları kimi siyasi təzyiq altındadır. Bunlar nəzərə alınmaqla problem kifayət qədər sadədir: Ermənistanda siyasi rejimin dəyişməsi qaçılmaz olaraq Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında nizamlanmasına gətirib çıxaracaq.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Aprel 2016
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930