“İntellektual Azərbaycan Gəncləri” layihəsi
Zaman-zaman Azərbaycan gənclərinin yad təsirlərə məruz qalması, onların dövlətçilik, xalq əleyhinə yönəldilməsinə ciddi cəhdlər göstərilib və təssüflər olsun ki, günümüzdə də bu cür təhlükələr qalmaqdadır. Qloballaşan dünyada elm, texnika, informasiya kommunikasiyaları o qədər inkişaf edib ki, artıq gənclərimizin sosial şəbəkələr vasitəsilə bu mənfi situasiyaya cəlb edilməsi halları müşahidə edilir. Amma müsbət məqamlardan biri də odur ki, paralel olaraq ölkədə güclü vətənpərvər gənclik də yetişir və həmin gənclər öz həmyaşıdlarını sözügedən vasitə ilə yad təsirlərdən uzaqlaşdırmağa çalışır, onlar arasında müsbət mənada təbliğat işi aparırlar. Eyni zamanda bu vasitə Ilə Azərbaycanı da layiqli formada tanıdırlar. Sosial şəbəkələr vasitəsilə həyata keçirilən bu cür məqsədyönlü təşəbbüslərdən biri də cari il, yanvar ayında gündəmə gəlib. Belə ki, “Facebook” sosial şəbəkədə .”İntellektual İnkişaf Naminə” İctimai Birliyi 11 aprel 2016-ci il tarixdə “İntellektual Azərbaycan Gəncləri” adlı böyük layihəsinə start vermişdir . “İntellektual İnkişaf Naminə” İctimai Birliyiyin sədri Mədinə Əliyeva deyir ki, başlıca məqsədi bacarıqlı gəncləri bir araya gətirməkdir: “Məqsədimiz Azərbaycanda və Azərbaycandan kənarda ölkəmizi və idmansevərləri Prezident İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyasına six birləşdirməkdir. Bu gün Yeni Azərbaycan Partiyasının sıralarında yer alan bütün gənclər əsasən, ölkənin ictimai-siyasi həyatında aktiv iştirak edir və sabitliyin, dinamik inkişafın qorunub saxlanılmasında mühüm rol oynayırlar. Bir sözlə, bu gün hərtərəfli dövlət qayğısı ilə əhatələnmiş Azərbaycan gəncliyi Heydər Əliyev ideyalarına sadiqdir və biz gənclər bundan sonra da dövlətimizin parlaq gələcəyi naminə, Vətənimizin inkişafı üçün böyük səylə çalışacaq, anti-Azərbaycançı şəbəkələrin dəstəyilə ölkədə sabitliyi pozmağa cəhd göstərən radikalların çağırışlarını qətiyyətlə rədd edəcək və arxalandığımız Prezident İlham Əliyevin göstərdiyi etimadı doğruldacağıq”. Mədinə Əliyeva bildirib ki, sözü gedən qrupu izdəyənlərin sayı 8000-dən artıqdır və səhifənin izləyicisi olan üzvlərinin sayı gündən-günə artır: “Bizim layihədə 18-50 yaş arası könüllü insanlar iştrak edir. Dövlət və özəl sektorda calışanlar , gənc tələbələrimiz də var”. Layihə rəhbəri deyir ki, komandanın üzvlərin sayı isə ümumilikdə 15 nəfərdən ibarətdir: “”Facebook”da yaratdığımız “İntellektual Azərbaycan Gəncləri” qrupumuzu həm bizdə istərsə də Avropada təhsil alan gənclər səhifənin, qrupu fəliyətini izləyə bilirlər və onlar da öz çevrələrini, Avropada yaşayan insanları bura üzv olmağa dəvət edərlər. Mən bütün soydaşlarımızı “Facebook”da yaratdığımiz “İntellektual Azərbaycan Gəncləri” səhifəmizi izləməyə, aktiv fəaliyyət göstərməyə çağırıram”. “İntellektual İnkişaf Naminə” İctimai Birliyinin Sədri Mədinə Əliyeva deyib kisəhifədə milli mədəniyyətimiz, ədəbiyyatımız , tariximiz, milli musiqimiz , İdmanımız haqqında paylaşımlar gedir: “Azərbaycanı təbliğ edirik. Həmçinin səhifədə Azərbaycanın Prezident cənab İlham Əliyevi, Milli Məclisinin deputatı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti, ”Baku” Jurnalın təsisçisi və baş redaktoru Leyla Əliyeva haqqında yazılar dərc olunur. Həmçinin səhifəmizdə Dağlıq Qarabağ, milli qəhramanlar 20 Yanvar, Xocalı soyqırımı haqqında məlumatlar gedir. Gənclər bu prosesdə aktiv iştirak etməklə prezident İlham Əliyevin ətrafında daha da sıx birləşdiklərinə çalışırlar”. Layihə rəhbəri Mədinə Əliyeva deyir ki, Azərbaycan gəncliyi vətənpərvərliyi, dövlətə və xalqa hədsiz sədaqəti, fəallığı, intellekti, müasirliyi ilə seçilir: “Ümummilli məsələlərin həllində gənclər ön sırada Azərbaycanın maraqlarını müdafiə edir, var qüvvələri ilə ölkəmizin çiçəklənməsinə və tərəqqisinə öz dəyərli töhfələrini verirlər. Azərbaycan Prezidentinin gənclər siyasətinin başlıca məqsədləri gənclərin hərtərəfli inkişafını təmin etmək, onların sosial problemlərinin həlli və cəmiyyətdə layiqli yer tutması üçün əlverişli şərait yaratmaqdır. İndiki situasiyada da gənclərimiz bu sahədə dövlət tərəfindən atılan addımları çox yüksək qiymətləndirirlər. Onlar Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin əsas dəstəkverici qüvvəsi, təbliğatçısı və təşviqatçısıdırlar. Hesab edirəm ki, bundan başqa cür də ola bilməz. Çünki gənclərimiz bu siyasətin onların həyatında müsbət dəyişikliklərə səbəb olduğunu açıq görürlər. Ümid edir və buna qətiyyətlə inanırıq ki, bundan sonra da Azərbaycan dövləti cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ciddi uğurlara, nailiyyətlərə imza atacaq”.
yknews.az