İmişlidə şəhid baş leytenant dəfn olunur
Son əməliyyatlarda şəhid olanlar zabitlərimizdən Dədəkişiyev Cavid Gülbala oğlu dəfn edilir.
Musavat.com xəbər verir ki, dəfn mərasimi İmişli rayonunun Qaralar kəndində keçirilir.
Qeyd edək ki, 1989-cu il təvəllüdlü şəhid baş leytenantın nəşi döyüş meydanında qalmışdı. Ötən gün Cavid Dədəkişiyevin nəşi döyüş meydanından çıxarılıb və ailəsinə təhvil verilib.