Erməni əsgəri başından güllələnib
Ermənistan ordusu Dağlıq Qarabağdakı döyüşlərdən sonra da itki verməkdə davam edir. Ermənistan KİV-nin verdiyi xəbərə görə, bu dəfə əsgər Robert Abramyan başından ölümcül güllə yarası alıb.
Məlumatda qeyd edilir ki, hadisə aprelin 10-dan 11-nə keçən gecə saat 02:15-də “N”saylı hərbi hissədə baş verib. Onun hansı şəraitdə güllələndiyi, yaxud özünü vurduğu isə hələ ki məlum deyil.