Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Döyüş və dönüş nöqtəsi

Yenə də Azərbaycan informasiya müharibəsində Ermənistanın arxasından gəlir və çatmağa çalışır.  Yenə də Azərbaycanda bir sıra qüvvələr beynəlxalq mediyanı günahlandırmaqdadır ki, bizim sözümüzü demirlər, Ermənistana tərəfkeşlik edirlər. Bu barədə uzun-uzadı danışmayacaq, qısaca onu deyəcəyik ki, müharibələr yalnız səngərdə aparılmır, onun cərəyan etdiyi başqa ərazilər də var və bu ərazilərdəki nöqtələr, hərb meydanında ələ keçirilən nöqtələrdən heç də əhəmiyyətsiz deyil. Müdafiə Nazirliyinin işi təbii ki, deyişmək yox, döyüşməkdir.

Praktika göstərir ki, döyüş hərəkətlərini zəruri edən səbəblərin izahı və həm yerli, həm də beynəlxalq ictimaiyyətə çatdırılması, özü də bunun həm hərbi əməliyyatlardan əvvəl, həm də başa çatandan sonra edilməsi, özü də dürüst edilməsi proseslərə 180 dərəcə fərqli baxış formalaşdırır.

Amma praktika göstərir ki, döyüş hərəkətlərini zəruri edən səbəblərin izahı və həm yerli, həm də beynəlxalq ictimaiyyətə çatdırılması, özü də bunun həm hərbi əməliyyatlardan əvvəl, həm də başa çatandan sonra edilməsi, özü də dürüst edilməsi proseslərə 180 dərəcə fərqli baxış formalaşdırır. Ona görə də cəbhə bölgəsində baş verənlərin işıqlandırılması, mürəkkəbi, qanı qurumamış xəbərlərin operativ  şəkildə beynəlxalq istehlakçıya çatdırılması kimi strateji məsələ diqqətdən kənarda qalmamalıdır.

Əlbəttə, burada bəzi klişelər də var ki, onlar bizə mane olur. Çünki bəzilərimiz hələ də sovet vətəndaşı təfəkkürü ilə düşünürük ki, axı niyə elə Rusiya televiziyalarında Azərbaycanın mövqeyini əks etdirən reportajlar yoxdur, ermənilər isə az qala bu  kanallarda öz sözünü deyir. Cavab sadədir. İndi arıq SSRİ yoxdur və bu ölkənin hər bir müttəfiq respublikada öz telenümayəndəliyi yoxdur. Yəni Vladimir Nazaryanın cavabını daha Mais Məmmədov verməyəcək. Çünki sovet telesistemi də Sovet İttifaqı ilə birlikdə tarixə gömülüb.

Mir Şahin Ağayev “Hesabat” verilişi-İnformasiya müharibəsi

Azərbaycan artıq müstəqil dövlətdir və onun öz telekanalları var və bu kanallar peyk vasitəsi ilə dünyanın demək olar ki, hər yerinə yayımlanır. Niyə biz cəbhə xəbərlərini Fransaya, Rusiyaya, Almaniyaya öz telviziyalarımızla yaymaq, buna görə də texnologiyalarımızı yeniləmək haqqında düşünmürük.

Biz özümüz öz xəbərlərimizin eksklüziv daşıyıcısı olmaq şərəfini anlamadan başqa ölkələrin kanallarının kölgəsini qılınclayırıq.

İndi bir dəqiqəlik hadisələrə bu tərəfdən yanaşaq, niyə biz  Fransada, Belçikada bir hadisə baş verən kimi o saat həmin ölkələrin telekanallarının koordinatlarını dərhal tapır və bütün günü o kanallarda gedən baş xəbərləri izləyirik və həmin kanalları hətta birbaşa efirə belə qoşuruq? Bəs niyə həmin ölkələr eyni işi Azərbycanda nəsə baş verəndə  bizim kanallarımızla etmirlər? Biz özümüz öz xəbərlərimizin eksklüziv daşıyıcısı olmaq şərəfini anlamadan başqa ölkələrin kanallarının kölgəsini qılınclayırıq.

Əlbəttə ANS  öz imkanları və dünyanın nüfuzlu kanalları ilə olan işgüzar, dost əlaqələrindən istifadə edərək cəbhəyanı zonalardan reportajlar göndərdi. Beynəlxalq ENEX təşkilatının üzvü kimi bura daxil olan 50-dən artıq kanal məhz ANS-in döyüş zonasından birbaşa  reportajlarını  aldı və yaydı. Amma yaymayanlar da oldu. Məsələn NTV kanalına Vahid Mustafayevin NTV kanalı üçün hazırladığı reportajı kanal sonda qəbul etmədi. Səbəbi sadəcə həqiqət deməsi  idi.

Vahid Mustafayevin NTV kanalı üçün hazırladığı reportaj

Hələ sovet təfəkküründən qalma bir başqa çöküntümüz də var. Rusiyadan, məsələn, elə LİVE -NYUS gəlir, o saat vəhydən bir tapşırıqla yerli icra haikmiyyətləri əl-ayağa düşür ki, ay cənabə bacı, bizim məmləkətə xoş gəlmisən, daha heç kəsin ağlına gəlmir ki, bu anamız, bacımız olmamış niyə gəlib, yubkasının altında nə gizlədib…

Təxribatçını şəxsən rayon icra hakimiyyətinin memarı müşayiət edir, amma rayonda heç bir müvafiq qurum bilmir ki, Jenya xanımı ağac dibinə kim aparıb?

Əslində isə, belə beynəlxalq gəlin-bacını yoxlamaq, hədəfini, məqsədini  aydınlaşdırmaq, ona görə məsuliyyət daşıyan şəxsdən iltizam alıb sonra həmin şəxsi cəbhə zonasına buraxmaq lazım idi… ki, sabah ortaya xoşagəlməz bir hal çıxanda müqəssir o saat tapılsın. Daha indiki kimi yox. Təxribatçını şəxsən rayon icra hakimiyyətinin memarı müşayiət edir, amma rayonda heç bir müvafiq qurum bilmir ki, Jenya xanımı ağac dibinə kim aparıb?

Bəlkə bir özümüzdən soruşaq: niyə bizim göstərdiyimizə baxmaq istəmirlər, gəlib özlərinin görmək istədiklərini çəkib aparırlar?! Bəlkə, bizi görməyə sadəcə kimlərinsə gözü yoxdur.

Məsələnin araşdırılması isə bu saat da açıqdır. Kennedinin qətli kimi.  Düşünürük ki, bu bəlaların kökü yerli informasiya  daşıyıcılarına sayğısızlıq, onlara “mestnıy mal” kimi yanaşmaq adətindən irəli gəlir. Sonra da  əsəbiləşirik ki, bu köpəyuşağının xarici yenə də Azərbaycanı göstərmədi e… Amma bir kəsin ağlına da gəlmir ki, elə həmin o Rusiyanın Live-Nyus və başqa kanallarının mövcud olduğu  Rusiyada  Azərbaycan kanalları da peyk vasitəsilə yayımlanır və ölkəmizdə baş verənlərlə  doğrudan maraqlanmaq  istəyənlər varsa ordan birbaşa yayımdan xəbər götürə bilərdilər… Deməli, məsələ onlarda deyil, bizdədir.  Bəlkə bir özümüzdən soruşaq: niyə bizim göstərdiyimizə baxmaq istəmirlər, gəlib özlərinin görmək istədiklərini çəkib aparırlar?! Bəlkə, bizi görməyə sadəcə kimlərinsə gözü yoxdur.

Azərbaycanın bu günkü vəziyyəti onu hər hansı informasiya tərtibatından tam asılı etmir.

Və nə yaxşı ki, Azərbaycanın bu günkü vəziyyəti onu hər hansı informasiya tərtibatından tam asılı etmir. Əlbəttə, informasiya müharibəsi müstəsna əhəmiyyətldir, amma dövlətin bu günkü geosiyasi relyefi və on illərlə aparılan siyasətin nəticəsi son dərəcə mühüm məqamlarda  onu sığortalayır. Yəni heç də hər şey informasiya müharibəsindən asılı deyil və şükür Allaha ki, asılı deyil. Artıq Bağdagül xala da bilir ki,  bu günkü dünyada hər şeyi  guc həll edir.

Elə Rusiyanı götürək, Ukraynanın içinə girdi, Krımı götürdü və bunun ardınca sözün məcazi mənasında Putin əsl informasiya gülləboranına düşdü. Adam haqqında, onun dövləti barədə daha nələr demədilər, bütün dünyanın ən aparıcı kütləvi nformasiya vasitələri bir ağızdan Rusiyanı demək olar ki, lənətlədilər. Nə baş verdi? Rusiya Krımdan çıxdı? Yox. Əksinə, hələ bir Suriyada da at oynatdı.

Dünya artıq yenidən düşərgələnib. Hamı bilir ki, kim kimin və ya kimin gücünün tərəfindədir. Bu gün Azərbaycan güclüdür və getdikcə güclənir.

Deyəsən, Kerrinin Moskvaya son səfərində heç Ukrayna ciddi söhbət mövzusu da olmadı. Sözümüzün canı budur ki, dünya artıq yenidən düşərgələnib. Hamı bilir ki, kim kimin  və ya kimin gücünün tərəfindədir. Bu gün Azərbaycan güclüdür və getdikcə güclənir. Bu ölkədə dünya miqyaslı tədbirlər keçirilir. Ölkə iqtisadi, mədəni, siyasi əlaqələrinə görə Avropanın priortetlərinin mərkəzi rollarından birində çıxış edir. 20 il ərzində böyük işlər görülüb. Xatırlayırsız? Hələ on il əvvəl Azərbaycan prezidenti hara yola düşürdüsə onun gəlişinə ermənilər yığışıb bir  etiraz aksiyası keçirirdilər. İndi isə hər şey dəyişib. Artıq eyni aqibəti Serj Sarqsyan yaşayır.

Xarici telekanalların cəbhə bölgəsindən yayımladığı xəbərlər

Bu dəfə nəyi müşahidə etdim. Ermənilər köhnə klişelərdə işləməyə başladılar. Provakasiyalara yol verdilər, həmişəki kmi əzabkeş xalq ağlaşması qurdular, diasporaya müraciət  etdilər, yalvardılar!

Ermənilər köhnə klişelərdə işləməyə başladılar. Provakasiyalara yol verdilər, həmişəki kmi əzabkeş xalq ağlaşması qurdular, diasporaya müraciət etdilər, yalvardılar!

Azərbaycan tərəfdə zəncilərin vuruşduğunu iddia etməyə, İŞİD-in, Türkiyə xüsusi təyinatlılarının Azərbaycan tərəfdən döyüşdüyünü iddia etməyə üz qoydular. Və bu üz də qara çıxdı. Bu texnologiyalar artıq müasir dünyada işləmir. Unutdular ki, elə özlərinin ən fəal şəkildə istifadə etdiyi internet var. Hansı ki,  90-cı illərin Qarabağ davasında yox idi. O, zaman onlar doğrudan bu təbliğat davasını udurdular. Amma  indi internet var və hər bir yalanın ömrü olsun qoy maksimum 3 dəqiqə.

Öz nimdaş texnologiyaları ilə əksinə özlərini pis vəziyyətdə qoyurlar. Yaydıqları İŞİD-MİŞİD məlumatları ilə öz əhalisini daha çox qorxuya saldılar. Gah yazdılar ki, Talış kəndini heç vaxt azərbaycanlılar almayıb, sonra da 3-4 fotoşəkil göstərdilər ki, baxın azərbaycanlılar bu kənddə necə vəhşiliklər törədiblər. Amma bunu nəzərdən qaçırırlar ki, məhz həmin kadrları göstərəndən sonra Əskəran camaatı rayondan qaçmaq üçün ayağa qalxdı.

Gah yazdılar ki, Talış kəndini heç vaxt azərbaycanlılar almayıb, sonra da 3-4 fotoşəkil göstərdilər ki, baxın azərbaycanlılar bu kənddə necə vəhşiliklər törədiblər. Amma bunu nəzərdən qaçırırlar ki, məhz həmin kadrları göstərəndən sonra Əskəran camaatı rayondan qaçmaq üçün ayağa qalxdı.

Elə Azərbaycan da hadisələrin ilk iki günü informasiya ilə arzulanan səviyyədə işləmədi. O zaman zərbəni öz üzərinə burnuna barıt qoxusu dəymiş təcrübəlilər götürdü. Məhz onlar təcrübəsiz, amma hadisə yerindən böyük entuziazmla xəbər vermək istəyən gənc reportyorlara nümunə oldu. Və Azərbaycanın barıt qoxusu dəymişləri erməni tərəfindən fərqli olaraq tam müasir üsullara söykəndlər. Onlar cəbhədə baş verənləri birbaşa efirdə yayımladılar.

Bundan sonra vəziyyət tam dəyişdi. Erməni mətbuatının yeni qaçqın anonsları işə yaramadı. Çünki elə həmin o, cəbhəyanı rayonların sakinləri birbaşa efirdə nümayiş etdirdilər ki, bir addım kənara qoyan deyillər… Amma bununla belə biz təbliğatın rolunu əksiltmək niyyətində deyilik. Təbii ki,  Azərbaycan  işləməlidir və yalnız bu gün yox. Və ona nail olmalıdır ki, dünyanın bütün aparıcı ölkələrində azərbaycanlıların nümayəndəsi açar postlarda yerləşə bilsin.

Ermənistan mətbuatının yaydığı yalan məlumatlar

Bu gün Azərbaycanda ictimai şüur da artıq o deyil.Ölkənin birinci xanımı Mehriban Əliyevadan başlayaraq ən adi xanıma qədər qədər bütün analar, bacılar dərdi  içindən çəkməklə eyni zamanda düşmən qabağında sınmamaq nümunəsi göstərdilər. İki il əvvəl beş şəhid üçün matəm elan edən  xalq bu gün verdiyi onlarla şəhidi anarkən ağlamaq sıtqamaq yox, qisas almaq haqqında düşünür. Şəhidləri isə elə yola salır ki, sanki bir neçə gündən sonra qarşılayacaq.

Heç kəs dərdini mağardan cəbhəyə, səngərə çıxarmır. Çünki səngərdə əskər var və vətən yolunda can qoyur. Xalq şəhidlər verməyə hazır idi.

Erməni və rus analitikləri özləri belə etiraf edirlər ki,  Azərbaycanda toplanmış etiraz hissi nə vaxtsa partlamalıydı. Və bu partlayışı xalq özü istəyirdi. Ona görə də “Ellə gələn toy bayramdır!” misalının fəlsəfəsi məhz Azərbaycan atalarına məxsusdur. Elə analarına da.  Heç kəs dərdini mağardan cəbhəyə, səngərə çıxarmır. Çünki səngərdə əskər var və vətən yolunda can qoyur.  Xalq şəhidlər verməyə hazır idi.

Məhz vətəndaşın bu əhval-ruhiyyəsi imkan vermədi ki, hansısa beynəlxalq təşkilat Azərbaycanda passifist ovqatlı hansısa aksiya keçirsin. 90-cı illərdə eşitdiymiz bir şüar var idi e, “Mən Bakıdan gəlmişəm, vuruşuram, amma yerlilər qaçıb!” kimi minnətli söhbətlər də yox idi. İndi hamı bilir ki, nizami ordu var və hətta kimlərinsə könüllü əsgər yazılmaq arzuları belə ustalıqla və vətənpərvərlik hissinə hörmətlə rədd edilir.

İndi hamı bilir ki, nizami ordu var və hətta kimlərinsə könüllü əsgər yazılmaq arzuları belə ustalıqla və vətənpərvərlik hissinə hörmətlə rədd edilir.

Yəni qardaşlar və bacılar ehtiyac yoxdu! Biz öz işimizi bilirik. Ermənilərin isə vəziyyəti və vəzifəsi fərqli ili. Onlar ümid edirdilər ki, bir iki mərmi düşən kimi köhnə vaxtlarda olduğu kimi qaçqınlar ordusu yaranacaq. Əhali çıxsa əskər də qoyub qaçacaq. Və biz cəbhədə  gördük və əmin olduq ki, əhali öz yerindədir və öz ordusuna onun ali Baş komandanına  bütün varlığı ilə inanır.

90-cı illərin Qarabağ davası ilə müqayisədə bir yeni reallıq da var. Sosial şəbəkələr. Ən heyrətamiz müşahidələrim həm də bu amillə bağlıdır. Bir neçə il əvvəl şəbəkəllilər dövlət və vətən marağından az düşünürdülər. Kosmopolit kimi davranırdılar. Bəzən isə  anlaşılmırdı ki, bunu kimsə bilməzlikdən edib, yoxsa kiminsə təxribatıdır. Bu dəfə o da alınmadı. Kimsə  nəsə şübhəli bir şey yazırdısa, istifadəçilər onu özləri qınayırdılar, yalnız Müdafiə Nazirliyinin məlumatına istinad etməyi məsləhət görür və həmin yazını çıxarmağa məcbur edirdilər.

Ayağı-başı xaricdə olan bir – iki istisnanı çıxsaq, şəbəkədə də hamı səfərbər idi.

Ayağı-başı xaricdə olan bir – iki istisnanı çıxsaq, şəbəkədə də hamı səfərbər idi. Onlar da fiziki olaraq Azərbaycanda olmadıqlarından belə ürəkliydilər. Azərbaycanda olsaydılar, elə onların öz qohum-əqrəbalarının daş-qalağı ilə rastlaşardılar. Bir sözlə erməni silahlı qüvvələrinin cavabını verməyə yönəli dörd gün həm döyüş, həm də dönüş nöqtəsi oldu.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Aprel 2016
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930