Təkayaq erməni zabit və əsgər soydaşlarını QARABAĞI TƏRK ETMƏYƏ ÇAĞIRDI
Fransada yaşayan I Qarabağ savaşının erməni veteranı Artur Armenyan Azərbaycan əsgərinin son uğurlarından sonra sosial şəbəkələrdə öz soydaşlarına, veteran həmkarlarına müraciət etdi. Hafta.az Artur Armenyanın rus dilində yazdığı müraciətinin tərcüməsini nəzərinizə çatdırır:
“Qarabağ bizim olmayıb və heç vaxt da olmayacaq!!! Mən indi dəqiq anladım ki, biz ermənilər azərilərə münasibətdə çox səhv davranmışıq. Yaxşı qonşumuzu çoxdan itirmişik. Mən azərilərin pis olduğunu deyə bilmərəm. Çünki onlar haqlıdırlar.
Ermənistanın bütün zabit və əsgərlərinə müraciət edirəm ki, dayanmadan silahların atıb Qarabağı tərk etsinlər. Qoy siyasətçilər və baş komandanlar özləri gedib döyüşsün. Əziz atalar, analar, babalar, öz oğullarınızı Azərbaycana qarşı döyüşə getməkdən çəkindirin. Mən bu savaşda bir ayağımı itirmişəm. Və artıq heç kəsə lazım deyiləm. Çox təəəsüf edirəm. Mən indi Fransadayam. Və heç vaxt Ermənistana qayıtmayacağam”.