Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Fransız kəşfiyyatçısı Qarabağdan yazdı:”Üstünlük Azərbaycanın tərəfindədir”

Alen Rodye

Fransa kəşfiyyatının istefada olan zabiti, Fransa kəşfiyyat araşdırmaları mərkəzinin direktor müavini, terrorizm və mütəşəkkil cinayətkarlıq üzrə ekspert.  

Atlantico (Fransa), 10.04.2016

64 nəfərin həyatını aparmış Dağlıq Qarabağdakı döyüşlərdən sonra Azərbaycan və separatçılar sülhə gəlib. Minsk qrupu çərşənbə günü Vyanada 20 ildən çox sürən münaqişədən növbəti dəfə çıxış yolu axtarmağa cəhd edəcək.

…1988-ci il fevralın 20-də Dağlıq Qarabağ parlamenti böyük səs çoxluğu ilə Azərbaycandan ayrılmaq və Ermənistana birləşməyə səs verdi. Bu andan başlayaraq Azərbaycanla Ermənistan arasında müharibə alovlandı. Altı ildən sonra Moskvanın təşəbbüsü ilə barışıq imzalandı, lakin münaqişə bu vaxtadək artıq 30 min insanın həyatına son qoymuşdu. Danışıqlar Minsk qrupunun himayəsi altında gedirdi. Dağlıq Qarabağ Ermənistanın proteksiyası altında qondarma respublika oldu və indiyədək beynəlxalq ictimaiyyət tərəfindən tanınmayıb. İrəvan müharibə vaxtı bu bölgəyə “körpü” salmaq qəsdilə Qarabağdan güneyə və qərbdə sərhədyanı bölgələri zorla işğal edib azərbaycanlı əhalini evlərini tərk etməyə məcbur etdi. Beləliklə, Ermənistan Azərbaycan ərazisinin 9%-i, buna Dağlıq Qarabağ da əlavə edilsə, 14%-i ələ keçirdi.

Hər necə olur-olsun, barışıq hər iki tərəfdən dəfələrlə pozuldu. Gərginlik son bir neçə ayda sabit şəkildə gücləndi. Toqquşma aprelin 1-dən 2-ə keçən gecə xüsusən güclü oldu. İrəvanda qeyd edildiyi kimi, “Azərbaycan cümə günü tank, artilleriya və helikopterlərdən istifadə etməklə cəmlənmiş hücuma başladı”. Bakı bu açıqılamanı təkzib etdi və vurğuladı ki, yalnız ermənilərin atəşinə cavab verilib. İrəvan 18 əsgərin itirildiyini boynuna aldı. Azərbaycanda 16 əsgərin, həmçinin  helikopterin və altı tankın itirilməsindən danışdılar. Bununla belə, əslində, itkilər xeyli çox idi, çünki aprelin 5-də saziş imzalanan anda yarırəsmi qaynaqlar hər ikin tərəfdən 64  nəfərin həlak olduğunu bildirdi. Azərbaycan qüvvələri ermənilərin ələ keçirdiyi ərazilərin bir qismini geri qaytardı.

Kimin arxasında kim durur?

Sezmək çətin deyil ki, əhalisi əsasən türkdilli olan Azərbaycanın arxasında Türkiyə durur. Prezident Rəcəb Tayyib Ərdoğan Bakını birbaşa dəstəkləyir və ABŞ-a son səfərində bu cür bəyanat verdi: “Biz dua edirik ki, azərbaycanlı qardaşlarımız ən az itkilərlə döyüşlərdə qalb gəlsinlər… Biz Azərbaycanı axıra kimi müdafiə edəcəyik”.

Ermənistan isə Moskvanın və nə qədər qəribə olsa da, İranın (azərbaycanlılar şiədirlər) dəstəyindən faydalanır. Məsələ burasındadır ki, SSRİ dağılandan sonra İran qorxur ki, müstəqilliik əldə etmiş Azərbaycan xüsusən də böyük karbohidrogen ehtiyatlarına görə olduqca güclü şəkildə inkilşaf edə bilər. Bu halda Azərbaycan İrandakı azərbaycanlılar üçün cazibə qütbü olar və hətta ölkənin şimali-qərb bölgələrini separatizmə təhrik edə bilər. İran azərbaycanlıları farslardan sonra sayca (müxtəlif dəyərlərndirmələrə görə, 16%-dən 25%-dək) ikinci böyük etnik qrupu təmsil edirlər. Onlar məsul vəzifələr tuturlar – o cümlədən inqilab keşikçiləri arasında. Ali dini rəhbər Əli Xamenei də azərbaycanlıdır. Beləliklə, Tehran yol verə bilməz ki, qonşu Azərbaycan öz iqtisadiyyatını yaxşı inkişaf etdirə bilsin. İranın hər cür kömək etdiyi Ermənistanla münaqişə ideal korrektə dəyişkəni olur. Deməli, məsələn, 1990-cı illərdə iki ölkə arsındakı münaqişənin qızğın çağında iranlılar Arazda üzən iki körpü qurdular. Bu müvəqqəti infrastruktur hərbi yardımın ötürülməsi kanalı oldu. Bu gün onun əvəzinə əsil körpü və asfaltlanmış yollar peyda olub.

Hər necə olur-olsun, hərbi planda üstünlük Azərbaycanın tərəfindədir, çünki inkişaf edən iqtisadiyyat ona müdafiə büdcəsinə 1,5 milyard avrodan çox vəsait ayırmağa imkan verir. Ölkə ordusunda Rusiya və Türkiyə texnikası var, silahların bir hissəsi isə yerli səviyyədə istehsal edilir. Ölkə 100 min əsgərə, 600 tanka, 80 təyyarə və helikopterə sahibdir. 1990-cı illərdə itirilmiş əraziləri qaytarmağa siyasi cəhdlər daha önəmlidir. Bu cür qisasçılıq asanlıqla yerli miqyasdan çıxacaq müharibəyə səbəb ola bilər. Ermənilərdə isə duyum yaranır ki, çoxdankı  düşmən türk onları mühasirəyə alır. Bütün bunlar durumu son dərəcə  təhlükəli edir.

Ermənistanın 50-ə yaxın təyyarəsi (lakin biri də yaxalayıcı deyil) və təxminən, 100 tankı var. Buna Dağlıq Qarabağın 300 tankı və bir neçə yüz ZDM-ini əlavə etmək lazımdır. Şəxsi heyətin sayı 20 minə çatır və səfərbərlik zamanı iki dəfə arta bilər.

Bundan başqa, Rusiyanın 102-ci hərbi bazası Ermənistan ərazisində – İrəvandan 120 km şimala Gümridə yerləşir. Orada 18 Miq-29, S-300 və 200, həmçinin 3000 hərbçi yerləşdirilib. Rusiyanın bu biçimdə iştirakı özlüyündə cilovlayıcı xarakter daşıyır. Moskva başqa yerlərdəki kimi, cari (ola bilsini, müvəqqəti) münaqişələrdə ehtirasların səngiməsində mərkəzi rol oynayır. Məhz onun himayəsi altında Azərbaycan və Ermənistan qərargahlarının rəisləri aprelin 5-də Rusiyada görüşdü ki, dayanıqlı atəşkəsi təsbit etsinlər. Lakin bu nə qədər davam edəcək?

Ancaq başqa bir cəbhədə – Cenevrədə Suriya üzrə danışqılar xüsusunda necə? Hər şeyə görə fikir yürüdəndə, xarici vasitəçilər (birinci növbədə Rusiya) iştirakçıları nəsə abırlı bir razılığa gəlməyə məcbur etmək istəyir. Şübhə yoxdur: bütün bu teatrların arasında bu və ya digər formada əlaqə var. ABŞ, Rusiya, İran, Türkiyə və Səudiyyə Ərəbistanının iştirakı ilə “Böyük oyun”. Lakin burada Avropa haradadır?

Tərcümə Strateq.az-ındır.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Aprel 2016
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930