Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Cəbhədəki qələbələr bizə nə verdi? – Psixoloq

Ordumuzun cəbhədə ard-arda qazandığı uğurlar əslində təsadüfi qazanılan uğurlar deyil. Qələbələr göstərdi ki, bu illər ərzində beyinlə hərəkət etmişik.

Bu sözləri psixoloq Esmira Teymurova son dövrlərdə ordumuzun cəbhədə qazandığı uğurların xalqımızın psixologiyasında hansı müsbət dəyişikliklərə səbəb olması haqda Axar.az-a danışarkən deyib. Psixoloq qələbənin ruh düşkünlüyünü aradan qaldırdığını bildirib:

“Qələbə bir ehtiyacdır – mənəvi ehtiyac. Havaya, suya ehtiyac duyduğumuz kimi. Keçid dövründə çoxlu sayda həm insan, həm də torpaq itkisi verdik. Təbii, istənilən itki insanda düşkünlük, frustrasiya, qorxular yaradır. Ümidin itirildiyi yerdə bayrağın strateji baxımdan vacib bir təpədən asılması insanın öz psixologiyası üzərində qələbəsi, qəlbinə çökmüş vahimənin məğlubiyyətidir. Xalqımız ruhi baxımdan, mənəviyyat, dəyər, etiqad baxımından düşüncələrini tənzimləməyə başlayacaq. Dövlət, millət, bayraq, torpaq sevgisini vacib məqam kimi sayacaq. Artıq insanların mənəvi-etik və iradi möhkəmliyə malik olmasının, həyatdan və tutduğu hər bir işdən həzz aldıqlarının şahidiyik.

Bir vaxtlar “müharibə olmasın”, “nəyə lazımdır o torpaqlar”, “təki insanlar ölməsin”, “biz orda gedib yaşamayacağıq” kimi uğursuz təbirlər var idi. Artıq barışmışdıq məğlubiyyətlə, təsəvvür edin ki, yeni nəsil, az qala, o torpaqların bizə aid olmasını bir əfsanə kimi zənn etməyə başlayırdı. Orduya xüsusi qayğı, həmçinin təhsil ocaqlarında vətənə sevgi təbliğ edilməyə başladığı dövrdən Azərbaycanın iqtisadi, mədəni-sosial baxımdan qazancları böyüyündən tutmuş, kiçiyinədək hər kəsdə özünəinam yaratdı. Son dövrün gəncləri daha sağlam düşüncə ilə cəbhəyə yollanırlar. Onlar hirsli olmaq yerinə əzmkarlığı, tələskənlik yerinə səbrli olmağı, əmr almağı, məsuliyyəti dərk edirdilər. Artıq cəbhədə qazanılan uğurları istər təhsil, istər digər sahələrdə ruh yüksəkliyi ilə təbliğ etməyə başlayıb. Kiçik qələbə özü heç də asanlıqla başa gəlmir. Bu ekstremal vəziyyət iradi hisslər sferasında iradi fəallıq halı yaratmaqla yanaşı, xalqı dəyərli keyfiyyətlər sferasında tərbiyə etmək uğrunda mübarizəyə daxilən hazırlamış olur. Qalibiyyətdən təzahür edən iradi inkişaf ekstremal şəraitdə özünü ələ ala bilmək(dözümlülük, soyuqqanlılıq, qorxmazlıq ) bacarığında özünü göstərir. İnsan bu nailiyyətləri sayəsində özünü ələ almağı, qorxu kimi maneələri aradan qaldırır, düşünərək qəbul etdiyi qərarları həyata keçirmək uğrunda qətiyyət göstərir. Bu gün şəhidləri itki kimi deyil, ölməz bir insan kimi torpağa tapşırırıq. Onları tanıyan-tanımayan hər kəs son mənzilə böyük ehtiramla yola salır. Media işçilərində də bir həvəs, qələbə xəbərini yaymaq, orada gedən döyüşlərin birbaşa izləyicisi olmaq arzusu yaranıb. İstənilən saytda könüllü orduya qoşulmaq istəyənlərlə bağlı xəbərlər var. Bu da kiçik uğurumuzun başlanğıcı kimi böyük nailiyyətdir. Dünya artıq torpağımız uğrunda mübarizəyə qoşulmağımızı dəstəkləyir. Ümumiyyətlə, son söz olaraq demək olar ki, ruhda açılan yaraları müalicə edəcək vasitələr sevgi, birlik və haqlı olaraq qazandığımız qələbələrdir”.

 

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Aprel 2016
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930