Saakaşvilinin partiyasından Azərbaycana dəstək
Biz Dağlıq Qarabağdakı proseslərdən narahatıq.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Vahid Milli Hərəkat Partiyasından olan deputat Georgi Qabaşvili söyləyib. Onun sözlərinə görə, Gürcüstan üçün regionda stabilliyin olması mühüm əhəmiyyət daşıyır:
“Biz konfliktin deeskalasiyasını və sülh yolu ilə yekun həll variantını dəstəkləyirik. Lakin fundamental məsələ ondadır ki, konfliktin həlli gərək ərazi bütövlüyünün təmin edilməsi (Azərbaycan nəzərdə tutulur – red.), məcburi köçkünlərin öz evlərinə qaytarılması və əhalinin humanitar ehtiyaclarının müdafiəsi şəklində olsun. Rusiya bu gün də qonşu dövlətlərin suverenliyi ilə barışa bilmir. Bu kontekstdə bundan sonrakı eskalasiya yalnız Rusiyanın maraqlarına xidmət edir”.