Minsk qrupunun amerikalı həmsədrindən maraqlı qeyd:”Mənimlə razı deyilsiniz?”
ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Dağlıq Qarabağ münaqişəsinin tərəflərini konfliktin danışıqlar yolu ilə nizamlanması üzərində işləməyə çağırıb.
APA-nın məlumatına görə, bu barədə Ceyms Uorlik özünün “Tvitter”dəki səhifəsində yazıb: “Son çox sayda itkidən sonra münaqişənin dayandırılmasının və danışıqlar yolu ilə həllinin vaxtıdır. Dağlıq Qarabağda sülh zamanıdır. Mənimlə razı deyilsiniz?”.