Blumberq: “Bakının məqsədi bu idi…”
Son 10 ildə neft gəlirlərindən ruhlanan Azərbaycan hərbi xərcləri azı 10 dəfə artırıb. Ötən il bu xərclər 4,8 milyard dollara çatıb. Ermənistanda isə 2015-ci ildə hərbi xərclər 3 dəfə artıb və 447 milyon dollar olub.
Axar.az xəbər verir ki, bu barədə “Blumberq” məlumat verib.
Agentlik Azərbaycanın hərbi xərclər baxımından Ermənistanı xeyli geridə qoyduğunu bildirib:
“Azərbaycanın siyasəti aydındır. Strategiya Ermənistanı sülh sazişi imzalamağa məcbur etmək idi. Bundan ötrü iki ölkə arasındakı iqtisadi, siyasi, diplomatik və hərbi balans uyğun həddə çatdırılmalıydı. Hər şeydən əvvəl Bakının düşüncəsi öz müdafiəsini erməniləri danışıqlar masasına gətirəcək qədər gücləndirmək idi”.