“Qarabağ”dan möhtəşəm addım
Topaz Premyer Liqanın 29-cu turunda “Qarabağ” “Kəpəz”i qəbul edir. Qol.az-ın məlumatına görə, meydan sahibləri “Azərsun Arena”nı Azərbaycan bayrağı ilə bəzəyib. Oyuna gələn azarkeşlərə isə Azərbaycan bayrağı təqdim olunub. Bundan başqa ordumuza dəstək olmaq üçün futbolçular meydana Azərbaycan dövlət bayrağı ilə çıxıb. Bu bayrağı isə Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun oğlu Elşən Bağırov daşıyıb. Ağdam klubu bu addımı ilə son günlər cəbhədə baş verənlərə öz münasibətini göstərib. |