Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Qarabağ xanəndəlik məktəbi

Qarabağ xanəndəlik məktəbi böyük bir tarixi yol keçmişdir. Bu yolda addımlayaraq xanəndəlik sənəntini inkişaf etdirən və yeni yollar aşan ifaçılarımız çox olub. Onların adları Azərbaycan ifaçılıq sənəti tarixində hörmətlə çəkilir. Çünki onlar özlərindən sonra silinməz iz qoyublar.

Qarabağda xanəndəlik sənəti demək olar ki, çox geniş yayılmış və ən dəyərli səslərin bir çoxu məhz Qarabağdan pərvazlanmışdı. Bunu da Qarabağın füsunkar təbiəti və bir də bu mahalın poeziya və musiqi beşiyi olması ilə əlaqələndirirlər. Hətta Qarabağı xüsusən də Şuşanı müasir dövrün mütəxəssisləri Konservatoriya adlandırırlar. Belı bir fikir də var, deyirlər ki, Qarabağda hamının gözəl səsi olur, burada hətta körpələr muğam üstə ağlayıb, gülürlər. Belə bir mühitdə xanəndələrin yetişməsi əlbəttə, təbiidir.

Amma aydın məsələdir ki, xanəndəlik sənəti yalnız səsin olması ilə kifayətlənmir. Burada bir çox amillər var ki, onlar da peşəkarlıq tələb edir. Bunun üçün də xənəndənin maariflənməsi əsas şərtdir. Bu vacib tələbi nəzərə alaraq Qarabağda xüsusən də Şuşada uşaqlara erkən yaşlarından poeziya və musiqinin sirrləri öyrədilirdi.XIX əsrin ortalarından Şuşada xüsusi musiqi məktəbləri fəaliyyətə başladı. Bunlardan gözəl səsi olan Xarrat Qulunun məktəbi, dövrünün ensiklopedik biliyə malik olan mütəfəkkiri Mir Möhsün Nəvvabın məktəbi xüsusi olaraq xanəndəlik sənətinə böyük təkan verdi. Belə ki, bu adı çəkilən şəxslər xanəndəliyin əsas qayəsi olan muğam sənətini dərindən öyrənmiş və öz ardıcıllarına da bu bilgiləri aşılamışlar.

Qarabağ xanəndələri hələ məktəblərin olmadığı vaxtlarda da mövcud olmuşlar. Onlar şifahi şəkildə meydana gələn el havalarını ifa etməklə xalq arasında tanınırdılar. Bunlardan Qarabağın ilk xanəndələr nəslini təmsil edən xanəndə Yusif, Həsəncə, Şükür oğlu Kərimin adını çəkə bilərik. Məhz bu xanəndələrdən sonra Xarrat Qulu öz məktəbini yaratmışdır. Bu məktəbin yetirmələri isə Qarabağ xanəndəlik sənətində yeni səhifələr açdılar. Onlar yalnız Qarabağın deyil, böyük Azərbaycanımızın adını ucaldaraq, yaxın və orta Şərqin tanınmış sənətkarlarına çevrildilər.Bu görkəmli ifaçılardan Məşədi İsi,Hacı Hüsü,Əbdülbaqi Zülalov,Malıbəyli Məşədi Keştazlı Haşım,Keçəçi oğlu Məhəmməd,Məşədi Məmməd Fərzəliyev,İslam Abdullayev və başqalarını qeyd edə bilərik.Bu sənətkarlar Qarabağda doğulub,boya-başa çataraq xanəndəlik sənətinə yiyələnmiş və özləri ilə bərabər bu sənətdə daha da məşhur olan sənətkarlar yetişdirdilər.Bu mənada Cabbar Qaryağdı oğlu,Seyid Şuşinski və Xan Şuşinskinin adları yalnız Qarabağın deyil,ümumazərbaycan mədəniyyətinə qızıl hərflərlə yazılan xanəndələrdir.Onlar Yaxın və Orta Şərqin birgə sənəti olan muğam ifaçılığının ən yüksək zirvəsini fəth etdilər.Bu sənətkarların yetişməsində görkəmli musiqişünas alim M.M.Nəvvabın da xüsusi rolu olub.Belə ki,onun yaratdığı “Məclisi Üns” poeziya və musiqi xiridarı üçün böyük məktəb idi.Məhz bu məclisin sorağı bütün Azərbaycana yayıldı.Şuşada daha bir məclis Xurşudbanu Natəvanın “Məclisi Fəramuşan”,Şamaxıda “Beytül-səfa” və Bakıda musiqi məclisləri yarandı.Bu məclislər xanəndələr üçün daha bir məktəb və dostluq körpüsü oldu.

Böyük tarixi yol keçən Qarabağ xanəndəlik sənəti özünəməxsus ənənələri ilə seçildi.Bu ənənələrdən ən başlıcası odur ki,Qarabağ xanəndələrinin səsi xüsusi bir ahəngə malikdir. O, səslər həm bir-birinə bənzəyir, həm də bir-birindən fərqlənir.

Bu gün Azərbaycan xanəndəlik sənətində adı hörmətlə çəkilən Cabbarın, Seyidin, Xanın xələfləri olan Yaqub Məmmədov, Bakir Haşımov. Mütəllim Mütəllimov, İslam Rzayev, Sara Qədimova,İldırım Həsənov, Səxavət Məmmədov, Arif Babayev, Mənsum İbrahimov və başqaları öz səs palitraları ilə Qarabağ xanəndəlik sənətini daha da inkişaf etdiriblər.

Qarabağ xanəndəlik sənətində bir neçə maraqlı cəhətlər də mövcud olub,məsələn elə sənətkarlar olub ki, xalq onlara xüsusi ləqəblər vermişdir. XIX əsrin ortalarında yaşayıb-yaradanlar Çətənə nəvəsi Əsəd, Dəli İsmayıl. Cəngçi Aslan, Dabbax İsmayıl. Şuşalı İbad, Bala Məhəmməd və s.bu qəbildəndir və Qarabağ muğam məktəbini təmsil edən belə sənətkarlar çoxdur. Onların başladığı sənət yolu Cabbar, Seyid. Xan zirvəsinə yüksəldi. Bu sənətkarlar cismən olmasalar da səsləri ilə vətənimizi dünyaya tanıdırlar.

YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev fondunun Prezidenti, millət vəkili,xanım Mehriban Əliyevanın öz muğam layihələrini “Qarabağ xanəndələri” albomu ilə başlaması təsadüfi deyil.24 Qarabağ xanəndəsinin səsi və onlar haqqında toplanan məlumatlar Qarabağ xanəndəlik məktəbinin zənginliyini və Azərbaycan muğamlarının inkişafındakı xidmətlərini ifadə edir. Bu layihə dünyaya təqdim olunmaqla Qarabağ xanəndəlik məktəbinin sorağını da elə dünyaya yayır.

Qarabağ xanəndəlik məktəbi

Səadət Təhmirazqızı,
Sənətşünaslıq üzrə fəlsəfə doktoru

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Aprel 2016
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930