Medvedev: “Qarabağ problemi işlənib hazırlanmış müddəalar əsasında həll edilməlidir”
Dağlıq Qarabağdakı münaqişə köhnədir, onun həllinin mexanizmləri və formatı mövcuddur, indi nəsə yeni bir şey yaratmaq təhlükəlidir, son 20 ildə yaradılmış həmin danışıqlar masasına qayıtmaq, məsləhətləşmələrə başlamaq lazımdır. Virtualaz.org «RİA Novosti»yə istinadən xəbər verir ki, bunu Rusiyanın baş naziri Dmitri Medvedev deyib.
«Təəssüf ki, bu münaqişə 1994-cü ildən bəri uzanır, mexanizmlər, formatlar, təkliflər və bununla məşğul olan qrup var. İndi ən əsas olan son illərdə hazırladıqlarımızı tam gücü ilə istifadə etməkdir», – Medvedev belə deyib.
«İndi təzə nəsə yaratmaq ikiqat təhlükəlidir, çünki bununla biz işi iflic vəziyyətinə sala bilərik. Hesab edirəm ki, sakitləşmək və son 20 il ərzində yaradılmış o danışıqlar masasının arxasına qayıtmaq lazımdır», – o əlavə edib.