İlham Əliyev: Ümid edirəm ki, Ermənistan həmsədrlərin çağırışlarını eşidəcək
Azərbaycan prezidenti İlham Əliyev Minsk Qrupunun status-kvonu dəyişdirilməsinə dair çağırışlarının Ermənistan tərəfindən eşidiləcəyinə və bundan sonra regionda sülhün bərqərar olacağına ümid etdiyini bildirib.
Bu barədə RİA Novosti məlumat yayıb.
“Ümid edirik ki, Minsk Qrupunun status-kvonun dəyişdirilməsinə dair çağırışları Ermənistan tərəfindən eşidiləcək. Azərbaycan ərazisinin işğalına dair status-kvonun dəyişdirilməsi – münaqişənin tammiqyaslı həlli üçün əsas şərtdir. Bu, baş verən kimi regionda sülh, sakitlik, əməkdaşlıq bərpa olacaq. Bu, hamının xeyrinə olacaq”, – İlham Əliyev Rusiya baş naziri Dmitri Medvedev ilə danışıqların yekununda bildirib.