İcra başçısı: Ağdamda 72 ev dağıdılıb, 5 ev tamamilə yanıb
Aprelin 2-dən 5-dək erməni silahlı birləşmələrinin Ağdam rayonunu atəşə tutması nəticəsində rayonda dağıdılan ev və obyektlərin siyahısı hazırlanıb. Modern.az saytı xəbər verir ki, b u barədə Trend-ə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov məlumat verib.
İcra başçısı bildirib ki, ermənilərin ağır artilleriya atəşinə tutması nəticəsində rayonda dağıdılan ev və binaların sayı 75-dir.
Hadisə nəticəsində dağıdılan binaların 72-si fərdi yaşayış evidir:
– tam yandırılan evlərin sayı – 5
– tam dağıdılan evlərin sayı – 30
– atəş zərbəsindən zərər çəkən evlərin sayı – 37
İcra başçısı bildirib ki, bundan başqa, rayon ərazisində bir orta məktəb, bir kənd icra nümayəndəliyi, bir məscid dağıdılıb, rayonun 11 kəndini elektrik enerjisi ilə təmin edən elektrik yarımstansiyası ziyan çəkib.