Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Budapeşt Orkestri Üzeyir Hacıbəylinin “Arazbarı”nı oxuyacaq

Budapeştin Ferens List Kamera Orkestrinin mayın 3-də Bakıda Heydər Əliyev Mərkəzində keçiriləcək konsertinin proqramına görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Arazbarı” simfonik muğamı da daxildir.

Qeyd edək ki, məşhur Ferens List Kamera Orkestri Bakıda 2011-ci ildə Üzeyir Hacıbəyli III Beynəlxalq Musiqi Festivalında çıxış edib. Məhz həmin səfər zamanı kollektiv Azərbaycan musiqisi, o cümlədən dahi Üzeyir Hacıbəylinin yaradıcılığı ilə yaxından tanış olub.

“Biz bakılılar üçün sürpriz hazırlayırıq. Onlar bizim ifamızda Azərbaycan klassikinin məşhur əsərini – “Arazbarı”nı eşidəcəklər.

Biz həmin əsəri Bakıda məmnuniyyətlə ifa edəcəyik. Və əlbəttə ki, konsertdə macar bəstəkarları List və Bramsın əsərlərini də təqdim edəcəyik. Onlar bizim vizit kartımızdır”, – deyə orkestrin bədii rəhbəri Peter Tfirst bildirib. Konsertin daha bir sürprizi virtuoz-skripkaçı Yojef Lendvayın (Joszef  Lendvay) solist kimi çıxışı olacaq. Onun yaradıcılığı özündə qaraçı folkloru və virtuoz klassik ifaçılığı birləşdirir. Macar “Çardaş”ı və Baxın “Çakona”sı onun individuallığının iki təzadlı yönünü təşkil edir.

Yojef Lendvay 1974-cü ildə musiqiçi ailəsində anadan olub.

Onun atası Macarıstanda və beynəlxalq arenada qaraçı folklorunun ən məşhur ifaçılarından biri olub. ojef kiçik yaşlarından klassik musiqi təhsili almağa başlayıb; artıq yeddi yaşında o, ilk dəfə skripkaçılar müsabiqəsində iştirak etmişdi.

Y.Lendvay artıq tanınmış musiqiçidir və geniş qastrol qrafiki var. O, mütəmadi olaraq Haaqa, Berlin, Sent – Etyen, Bern, Los-Anceles, Şanxay şəhərlərində milli simfonik, Rotterdam və Los-Anceles filarmoniya, Niderland radio orkestləri ilə çıxışlar edir. Onu İvan Fişer  və Saymon Rettl kimi məşhur dirijorlar öz konsertlərinə dəvət edir.

Lendvay görkəmli italyan skripka ustası Antonio Stradivarinin skripkasında ifa edir. Qeyd edək ki, Budapeşt Kamera Orkestri artıq 53 ildir fəaliyyət göstərir. Demək olar ki, dünyanın bütün ölkələrində konsertlər verib, 200-dən artıq disk yazdırıb. Müxtəlif mükafat və fərqlənmə nişanları ilə təltif olunan orkestri Bartok Fondu  «Bartok irisinin layiqli daşıyıcısı» adlandırıb.   arım əsrlik fəaliyyəti dövründə orkestrin musiqiçi heyəti, bədii rəhbərləri dəyişib. Lakin üslub və yüksək ifa peşəkarlığı dəyişməz qalıb.

Orkestr Bakıya özünün «şah» proqramını – qərb klassikləri və macar musiqisinin korifeyləri List və Bramsın əsərlərini də gətirir.

Orkestrin bədii rəhbəri Peter Tfirst tez-tez soruşurlar ki, o, musiqiçilərdə peşəkarlıqla yanaşı daha hansı xüsusiyyətləri axtarır.  Onun fikrincə, kollektivçilik hissi, ünsiyyət bacarığı, tolerantlıq, münaqişədən uzaq durma orkestrant üçün əsas vacib keyfiyyətlərdir.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Aprel 2016
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930