ATƏT Qarabağla bağlı xüsusi iclas keçirəcək
ATƏT Dağlıq Qarabağla bağlı xüsusi iclas keçirməyi planlaşdırır.
Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ATƏT-in baş katibi Lamberto Zanyer məlumat verib.
“Bizim bazar ertəsi xüsusi iclasımız oldu. Daimi Şura hər həftə toplanır və vəziyyəti müzakirə edir. Ötən gün də Şura Dağlıq Qarabağı müzakirə edib və gələn həftə də belə bir müzakirə planlaşdırılır”.
Zanyer ATƏT-in xüsusi iclasının Misk qrupu həmsədrlərinin regiondan qayıtmasından sonra baş tutacağını da xəbər verib.