Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Bakıda qapalı Qarabağ görüşü: “Lavrov planı” işə düşür – TƏHLİL

Kremlin “diplomatik artilleriyası” – Sergey Lavrov dünən axşam saatlarında Bakıya gəldi. Əslində Rusiyanın baş diplomatının aprelin 7-də Azərbaycana səfəri planlaşdırılmışdı. O, azərbaycanlı həmkarı Elmar Məmmədyarov və İran xarici işlər naziri Cavad Zəriflə üçtərəfli görüş keçirməli, regional prosesləri, xüsusilə “Şimal-Cənub” nəqliyyat dəhlizi məsələlərini müzakirə edəcəkdi. Lakin aprelin 2-də cəbhədə başlayan “lokal müharibə” planları alt-üst etməklə yanaşı, səfər proqramının dəyişməsinə də səbəb oldu. Lavrov nəzərdə tutulan vaxtdan bir gün öncə – aprelin 6-da Bakıya gəldi və Azərbaycan Prezidenti ilə günün ikinci yarısında bir neçə saat çəkən görüş keçirdi. Rəsmi məlumatda ikitərəfli münasibətlər və Dağlıq Qarabağda yaranmış vəziyyətin müzakirə edildiyi deyilir. Lakin əsas müzakirələr bağlı qapılar arxasında olub.

Lavrov Bakıya özü ilə Qarabağ münaqişəsinə dair mühüm yenilikləri də gətirib. Proseslərin analizi bunu deməyə əsas verir.

Aprelin 2-də erməni hərbi birləşmələrinin mövqelərimizə təxribat hücumu nəticəsində döyüşlər başladı. Bu hücumların Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqtion səfəri ilə bağlantılarının olması aydın görünürdü. Xüsusilə İlham Əliyevin Vaşinqtonda dövlət katibi Con Kerri ilə Sarkisyansız Qarabağ müzakirəsi, Vaşinqtonun Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyərək, dolayısı ilə Ermənistanın işğalçı olmasına işarə etməsi və rəsmi İrəvanın erməni lobbisi ilə okeanın o tayında qurduqları planın baş tutmaması cəbhədəki toqquşmalara rəvac verdi. (http://publika.az/p/131224). Lakin itirən Ermənistan oldu. Həm hərbi itkilər, həm də coğrafi olaraq düşmən tərəfi məğlub duruma düşdü. Və aprelin 5-nə qədər sadəcə bəyanat verməklə kifayətlənən Moskva qəfil prosesə daxil oldu. Atəşin dayandırılması haqda razılıq əldə olundu.

Atəşin dayandırılması ilə işğal olunmuş ərazilərin azad olunması prosesində hərbi variant müvəqqəti olaraq təxirə salınsa da, səhnənin arxasında cərəyan edən siyasi proseslər ərazi bütövlüyümüzün bərpasında diplomatik variantların qalmasına ümidlər yaradır. Bu, bir qədər uzun, amma daha az itkisi olan yoldur.

Hər şeydən öncə Lavrovun səfərinin altqatını təşkil edən “atəş niyə dayandırıldı” sualı maraqlıdır. Bu sualın cavabı münaqişəyə dair yeniliklərin olması fikrini müdafiə edir. Burada lokal və regional amilləri var.

Lokal amillər: Ermənistan

a) Aprelin 2-də başlanan döyüş Ermənistanın istədiyi ssenari üzrə davam etmədi və Azərbaycan Ordusu əks-həmlə ilə iki kənd və bir neçə yüksəkliyi azad etdi. Döyüşlərin başlanmasından bir gün sonra rəsmi Bakı birtərəfli qaydada atəşi dayandırsa da, qarşı tərəf hücum etməkdə davam etdi. Azərbaycanın növbəti əks-həmləsi Ermənistan üçün daha ağır nəticələr verdi. Düşmən tərəfinin bir neçə yüz canlı qüvvəsinin, yüzə qədər hərbi texnikasının məhv edildiyi müxtəlif mənbələrdə təsdiqini tapdı. Hesab etmək olar ki, Ermənistan daha az itki ilə vəziyyətdən çıxmaq üçün atəşkəsdə maraqlı olub.

b) Ermənistanın arxalandığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) iki əsas üzvü – Qazaxıstan və Belarus Azərbaycanı dəstəklədi. Rusiya isə seyrçi mövqeyini qorudu. Bu, döyüşlərin genişmiqyaslı müharibəyə keçəcəyi təqdirdə İrəvanın tək qalacağı və qısa müddətdə məğlub olacağı demək idi.

c) Ermənistanın bununla əlavə vaxt qazanmaq hiyləsinə əl atdığı da ortadadır. Atəşkəs elan olunmağına baxmayaraq, qarşı tərəfin Azərbaycan Ordusunun mövqelərini, həmçinin, yaşayış məntəqələrini atəşə tutması da bu hiylənin tərkib hissəsidir. İrəvanın bu hiyləsi münaqişəni yenidən “dondurulmuş” vəziyyətə salmağa hesabalanmış addım ola bilər.

Lokal amillər: Azərbaycan

a) Azərbaycan qarşı tərəfin başlatdığı lokal müharibədə ilkin məqsədinə nail oldu. Müəyyən ərazilər düşməndən təmizləndi. Ermənistana işğal etdiyi ərazilərdə möhkəmlənə bilməyəcəyi real olaraq çatdırıldı. Beynəlxalq ictimaiyyət münaqişənin “donmuş” olmadığını anladı və diqqəti bura cəmləndi. Bu manevrlə 20 ildir yerində sayan danışıqlar prosesi “yuxudan oyandırıldı”.

b) Azərbaycan Ordusunun daha da irəli getmək imkanı olsa da, real dünya prinsiplərində bunu etmək yetərincə riskli görünür. Xüsusilə hərbi müharibə ilə paralel diplomatik müharibənin də aparılmasının vacibliyi müəyyən qədər ehtiyatlılığı ön plana çıxarır. Burada beynəlxalq situasiyanı, eləcə də regional faktoru – Rusiyanı nəzərə almamaq praqmatik gediş olmazdı.

c) Lakin rəsmi Bakı bu addımı şərtlə atıb: Ermənistan danışıqlar masasında konstruktiv davranacaq və münaqişənin beynəlxalq hüquq çərçivəsində real həll prosesi başlanacaq. Əks təqdirdə… Hərb variantı real şəkildə gündəmdədir.

Regional amillər: Moskvanı hərəkətə keçirən situasiya

Dörd gün davam edən lokal müharibəyə Moskvanın öncə kənardan, sonra birbaşa müdaxiləsinin öz maraqları kontekstində olduğu bəllidir.

1. Rusiya sərhədləri yaxınlığında yeni müharibə istəmir. Xüsusilə ağır  Suriya müharibəsindən sonra Ukraynada hər an yeni toqquşmalara qoşulmağa hazırlaşan, eləcə də Qərblə mübarizənin açıq müstəviyə keçdiyi bir vaxtda ölkənin iqtisadi və hərbi sənayesi yeni döyüş bumunu qaldıra bilməz.

2. Döyüşlərin genişmiqyaslı müharibəyə keçməsi halında Rusiya hərbi müqavilələrə görə Ermənistana dəstək verməli idi. Bu isə ən azından iki amil baxımından təhlükəlidir: Bakını tamamilə itirmək; Türkiyə və dolayısı ilə NATO ilə üz-üzə gəlmək;

3. Rusiya təcili müdaxilə etməyəcəyi təqdirdə prosesə Qərbin qoşulacağı ehtimalı böyük idi. Bu isə Moskvanın münaqişə üzərində təşəbbüsü əldən verməsi, perspektivdə isə Cənubi Qafqaza əsas giriş açarlarından birinin itirilməsi ilə nəticələnə bilərdi.

Bu, üç əsas faktor Kremli dərhal hərəkətə keçirən səbəblərdir. Burada Qərbin Rusiya ilə nisbətdə bir qədər sönük qalması da diqqət çəkir.

Qərb – ABŞ: Ya Rusiyanın regiona, xüsusilə də Dağlıq Qarabağ münaqişəsinə təsir rıçaqları ondan daha güclüdür, ya Vaşinqton təşəbbüsün kimin əlində olmasınadan asılı olamayaraq, regionda sabitlik istəyir, ya Cənubi Qafqaz regionundan daha prioritet məsələlər var, ya da ABŞ daha uzaqmənzilli planlara sahibdir.

Burada hansı ehtimalın daha güclü olduğunu irəli sürmək çətin olsa da, bu ehtimalların bir-biri ilə üzvü şəkildə bağlı olduğu demək olar.

 Mövcud situasiyada isə Rusiyanın təşəbbüsü tamamilə ələ aldığı görünür və bunun Azərbaycanın nöqteyi-nəzərindən nə dərəcə sərfəli olduğu sual altındadır. Amma baş verənlər fonunda diplomatik görüşlərin sıxlığı bəzi ümidləri də qanadlandırır.

Diplomatik trafik: Sergey Lavrov dünən Bakıya gəldi və Prezident İlham Əliyevlə bağlı qapılar arxasında müzakirələr apardı. Rusiya baş naziri Dmitri Medvedyev isə bu gün İrəvana səfər edəcək. Sabah – aprelin 8-də Medvedyev İrəvandan Bakıya gələcək, Ermənistan xarici işlər naziri Eduard Nalbanydan isə Moskvaya gedəcək. Görünür, Lavrov rəsmi Bakıda, Medvedyev İrəvanda müzakirələr aparır. Dmitri Medvedev İrəvandakı müzakirələr haqda Bakıya məlumat verəcək, Lavrov isə Moskvada Azərbaycanın mövqeyini Nalbandyana diktə edəcək.

 Diplomatik trafikin sıxlığı Rusiyanın münaqişəyə dair hansısa planının olduğu ehtimalını gücləndirir. Planda nələrin əksini tapdığını demək olmasa da, bunun ötən ildən mövcud olan “Lavrov planı” olması ehtimal var. Hansı ki, Prezident İlham Əliyev də Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı Rusiya XİN rəhbərinin münaqişəyə dair konstruktiv təkliflər irəli sürdüyünü açıqladı. Bu təkliflərdə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması prinsipi də öz əksini tapıbmış. Lakin Ermənistanın imtina etməsi prosesi dayandırıb.

“Lavrov planı”: Bunun detalları bəlli deyil. Lakin ötən il meydana çıxan planda münaqişənin Bakının mövqeyi kontekstində həlli prinsiplərinin olması haqda məlumatlar yayılmışdı. Xüsusilə Rusiya mediası Kremldəki mənbələrə istinadən bəzi detallar açıqlamışdı.

– İşğal olunmuş Dağlıq Qarabağ ətrafındakı 7 rayonun ən azı 5-i qaytarılır.
– İki rayonun qaytarılması prosesi başlanır.
– Laçın dəhlizi müvəqqəti olaraq saxlanılır.
– Sonrakı mərhələdə Dağlıq Qarabağın statusu üzərində danışıqlar aparılır.
– Bölgədə beynəlxalq sülhməramlıların yerləşdirilməsi məsələsi də gündəmdədir.

Bu, mediaya sızan detallardır və nə dərəcədə etibarlı olduğunu demək çətindir. Amma dünən Rusiya prezidenti Vladimir Putinin Qazaxıstan prezidenti Nursultan Nazarbayeva zəng etməsi, ardınca Nazarbayevin İlham Əliyevlə telefon danışığı da bir məqamı aydın şəkildə ifadə etdi: Rəsmi Bakı atəşkəsə öz şərtlərini diktə etməklə razı olub. Putinin Nazarbayev üzərindən də İlham Əliyevlə təması bu mənada diqqət çəkir.

Bütün baş verənlər Ermənistanın güzəştə məcbur ediləcəyi fikrinin üzərində cəmləşir, əgər Rusiya regionda ləkə olan bu ölkənin lazımsızlığını özünə qəbul etdirərsə. Yaxın dövrdə baş verənlər daha aydın görünəcək.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Aprel 2016
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930