Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Ağ Ev Administrasiyasının saytında Ermənistanın işğalçılıq siyasəti ilə bağlı petisiya səsverməyə çıxarılıb

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) aprelin 6-da “Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə” adlı petisiya layihəsinin icrasına start verib. Layihə çərçivəsində Ağ Ev Administrasiyasının internet resursunda AVCİYA-nın prezidenti Elxan Süleymanovun imzası ilə Obama Administrasiyasına petisiya ilə müraciət açılıb.

AZƏRTAC xəbər verir ki, bunu AVCİYA-nın prezidenti Elxan Süleymanov aprelin 7-də keçirdiyi mətbuat konfransında deyib.

Qeyd edilib ki, AVCİYA-nın 12 illik fəaliyyətinin əsas xəttini Qarabağ həqiqətlərinin, Ermənistanın işğalçı siyasətinin, tarix boyu xalqımıza qarşı törədilən soyqırımı və vəhşiliklərin dünya ictimaiyyətinə çatdırılması təşkil edir.

Elxan Süleymanov düşmənlə mübarizədə yanlış informasiyanın qarşısının alınmasında medianın üzərinə böyük vəzifə düşdüyünü deyib. O, dünyada Azərbaycana qarşı ciddi təzyiqlərin olduğunu vurğulayaraq, bu baxımdan düzgün informasiyaların yayılmasının vacibliyini qeyd edib. Bildirib ki, informasiyalarda Azərbaycanın müdafiə olunduğu, Ermənistan silahlı qüvvələrinin təxribatlarına qarşı cavab verdiyi və bu qəbildən məqamlar xüsusi qabardılmalıdır. Hərbi əməliyyatlarda Azərbaycan Ordusunun əldə etdiyi qələbələr göstərdi ki, Azərbaycan öz torpaqlarından və onun azad edilməsi uğrunda mübarizədən əl çəkməyəcək. Bu, həmçinin beynəlxalq təşkilatların bu torpaqların işğalını unutdurmaq cəhdlərinin qarşısına sədd çəkərək məsələyə diqqəti daha da artırdı. Üstəlik bu uğurlar danışıqlar prosesinin sürətləndirilməsinə yeni impuls verib.

AVCİYA prezidenti beynəlxalq təşkilatların hərbi əməliyyatlarla bağlı bəyanatlarında qərəzli mövqe ortaya qoyduqlarını xatırladaraq deyib: “Biz 40-dan çox bəyanatı araşdırdıq. Yalnız İslam Əməkdaşlıq Təşkilatının və AŞPA prezidenti Pedro Aqramuntun bəyanatlarında Ermənistanın Azərbaycan torpaqlarını işğaldan azad etməsinin vacibliyi vurğulanıb. Münaqişənin həllinin Minsk qrupuna həvalə edilməsi, Azərbaycana qarşı müxtəlif təzyiqlərin, iftiraların hamısı torpaqlarımızın işğalı faktını bizə unutdurmaq məqsədini daşıyır. Ona görə də biz hamımız birləşərək buna qarşı güclü mübarizə aparmalıyıq”.

Bu baxımdan geniş ideoloji mübarizə aparılmasının vacibliyini xüsusi vurğulayan AVCİYA prezidenti deyib ki, biz beynəlxalq təşkilatların qərəzli münasibətlərini, iftiralarını, hücumlarını ifşa etməli və bütün dünyaya yaymalıyıq. Ağ Ev Administrasiyasına ünvanlanan petisiya da məhz bu məqsədi daşıyır.

Bildirilib ki, bu müraciətdə Avropa Şurası Parlament Assambleyasının 2085 (2016) saylı qətnaməsində vurğulanan Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistan dövləti tərəfindən işğal edilməsi, Ermənistanın Azərbaycana qarşı qəsdən törətdiyi ekoloji böhranın ekoloji təcavüz olması faktı, Ermənistan silahlı qüvvələrinin işğal bölgəsindən dərhal geri çəkilməsi tələbi, Azərbaycanın işğal edilmiş ərazilərində yerləşən Sərsəng su anbarının hazırkı durumunun humanitar fəlakətlə nəticələnə biləcəyi xəbərdarlığı diqqətə çatdırılır. Həmçinin Administrasiyaya AŞPA-nın 2085 (2016) saylı qətnaməsini dəstəkləməsi, Ermənistan tərəfindən işğal edilmiş torpaqlarımızın azad edilməsinə və bölgədə humanitar fəlakətin qarşısının alınmasına yardım olunması üçün çağırış edilir.

Petisiyanın əhəmiyyətindən danışan E.Süleymanov deyib: “Bu sənədin önəmi ondan ibarətdir ki, Avropa Şurasının 46 ölkəsinin səs verdiyi qətnamə Ağ Evin saytında dünyaya çatdırılır. Həmçinin Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsindən sonra sudan silah kimi istifadə etməsi faktının xüsusi vurğulanması da petisiyanın önəmini artırır”.

Sonra petisiya ilə bağlı videoçarx nümayiş etdirilib və Ağ Ev Administrasiyasının saytında sənədə səsvermə qaydaları barədə məlumat verilib. Bildirilib ki, qaydalara görə, petisiyaya cavab verilməsi üçün bir ay ərzində müraciəti ən azı 100 min nəfərin (elektron) imzalaması lazımdır. Petisiyanı 13 yaşdan yuxarı şəxslər imzalaya bilərlər. AVCİYA bütün dünya azərbaycanlılarının, eləcə də türk dünyasının bu petisiya barədə məlumatlandırılması məqsədilə geniş təbliğat kampaniyasına başlayıb. Kampaniya çərçivəsində ay ərzində çoxsaylı aksiya və görüşlərin keçirilməsi, məlumatlandırıcı materialların paylanılması və sair bu kimi fəaliyyətlərin icra edilməsi planlaşdırılır.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Aprel 2016
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930