Sosial şəbəkələrdə ermənilərə layiqli cavab veririk – layihə rəhbəri
Azərbaycanla Ermənistan qoşunlarının təmas xəttində baş verən qarşıdurma fonunda gənclər sosial mediada informasiya müharibəsinə başlayıb. Azərbaycanlılarla ermənilər arasında sosial şəbəkələrdə müxtəlif həştəqlər altında savaş gedir.
“Gənc Liderlər Heydər Əliyev Yolunda” “facebook” dəstək kompaniyasının layihə rəhbəri Müslümov Nicat yknews.az-a bildirib ki, azərbaycanlı gənclər sosial şəbəkələrdə erməni aktivistlərin cavabını vermək üçün fəallıq göstərir: “Hazırda Ermənistanla ölkəmiz arasında informasiya müharibəsi kəskin vəziyyətdədir. Biz düşmən ölkə ilə 25 ildir ki, müharibə şəraitindəyik. Atəşkəs elan edilsə də, Ermənistan demək olar ki, hər gün atəşkəsi pozur və bununla yanaşı bütün dünyaya haqqımızda yalan informasiyalar yaymağa davam edir. Onu da qeyd edək ki, Azərbaycan və Ermənistan arasında başlayan informasiya müharibəsinin tarixi Qarabağ müharibəsindən çox-çox əvvələ təsadüf edir. SSRİ dönəmində Ermənistan Azərbaycana qarşı gizli informasiya müharibəsinə əl ataraq tarixi saxtalaşdırıb, tarixi yerlərimizin adını dəyişdirib. Artıq 3 gündür ki, sosial şəbəkə məlumatlarında erməni tərəfi dezinformativ məlumat paylaşır. Çox sevindirici haldır ki, gənclər sosial şəbəkələrdə xüsusilə facebook, tvitterdə erməni aktivistləri tərəfindən gündüz və gecə paylaşılmış bütün məlumatlara layiqli cavab verir.
Nicat Müslümov bildirib ki, sözügedən “Gənc Liderlər Heydər Əliyev Yolunda” “Facebook” dəstək kompaniyasını səhifəni izləyənlərin sayı 5.000-dən artıqdır və səhifənin izləyicisi olan üzvlərinin sayı gündən-günə artır: “Bizim layihədə 18-50 yaş arası könüllü insanlar iştirak edir. Dövlət və özəl sektorda çalışanlar, gənc tələbələrimiz də var”.
Nicat Müslümov deyir ki, Azərbaycan gəncliyi vətənpərvərliyi, dövlətə və xalqa hədsiz sədaqəti, fəallığı, intellekti, müasirliyi ilə seçilir: “Ümummilli məsələlərin həllində gənclər ön sırada Azərbaycanın maraqlarını müdafiə edir, var qüvvələri ilə ölkəmizin çiçəklənməsinə və tərəqqisinə öz dəyərli töhfələrini verirlər.