Atəşkəsin detalları açıqlandı
Ermənistan müdafiə naziri Seyran Ohanyan bu gün hökumətin iclasında Qarabağdakı hərbi əməliyyyatlarla bağlı hesabat verib.
Modern.az saytı Ermənistan KİV-nə istinadən xəbər verir ki, Ohanyan ötən gün saat 12:00-dan qüvvəyə minən atəşkəs razılaşmasının aprelin 5-də Moskvada Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Nəcməddin Sadıqov və Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Yuri Xaçaturov arasında əldə olunduğunu bildirib.
Ohanyan həmçinin, son hadisələrin miqyasının nəinki 1994-cü ildən sonrakı atəşkəs dövründə, ümumiyyətlə Qarabağ müharibəsi zamanı belə, görülmədiyini bildirib.