ABŞ-dan Qarabağ açıqlaması
Amerika Birləşmiş Ştatları (ABŞ) atəşkəsin təsdiqini alqışlayır və tərəfləri ona sadiq qalmağa çağırır.
Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın ölkəmizdəki səfirliyinin “facebook” səhifəsində məlumat verilib.
Qeyd edək ki, Minsk Qrupunun və ATƏT-in Almaniya sədrliyinin dəstəyi ilə, Minsk Qrupunun həmsədrləri tərəfləri ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə hərtərəfli həll üçün dərhal danışıqlara başlamağa dəvət etmək məqsədilə regiona səfər ediblər.
“ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi olaraq, Amerika Birləşmiş Ştatları davamlı sülhə nail olmaq üçün tərəflərlə işləmək öhdəliyinə sadiqdir”, – deyə məlumatda bildirilir.