Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

23 ilin 4 gündə verilən cavabı

23 il və 4 gün. Müqayisə etdikdə bu zamanların arasında böyük fərqin olduğu ortadadı.

Bir çoxlarına bu zamanların daşıdığı məna tam aydın olmasa da, torpağı uzun illər yağı tapdağı altında qalan bir xalq üçün həmin zamanların daşıdığı dəyəri təxmin etmək o qədər də çətin deyil. İndi ruh yüksəkliyi yaşayan xalqım 23 ildi ki, bu günlərin həsrətini çəkirdi.

23 il. Bir igidin ömrüdü. Amma Azərbaycan xalqı bu qədər dözdü, səbr etdi və gözlədi. “Dabbaqda gönünə yaxşı bələd olduğu” mənfur erməni dığalarının xislətini əvvəlcədən bilə-bilə gözlədi. Səbəbsə gün kimi aydındı. Çünki mənim xalqım minlərlə mərd oğullarının qanı axıdıldığı torpaqlarımızda yenidən qan tökülməsini istəmirdi. İndi də istəmir. Amma Vətəndən pay olmur. Bu, dönə-dönə ermənilərə müxtəlif dönəmlərdə çox aydın şəkildə bəyan edilsə də, onlar bunu görünür ya diplomatik gediş, ya hədə-qorxu, ya həmlə, ya da bəlkə də pafosa dolmuş niyyət kimi başa düşürdülər. Yəni, öz təbirlərincə…

23 il və 4 gün millətimizə çox şey verdi. Birincisi, bu gün küncə sıxılmış erməniyə öz yeri göstərildi. İkincisi, 23 ildi ki, ermənilərin sığındığı havadarlarının heç də əslində havadar olmadığı 4 gün ərzində onlara çılpaq şəkildə başa salındı. Üçüncüsü, erməni əsgəri bu son 4 gündə aparılan döyüşlərdə qarşısında ayağı Vətəninin torpağı üzərində möhkəm dayanan Azərbaycan əsgərini gördü.

Gördü və onun qarşısında əzildi. Qovuldu. Yad torpaqda ayağı yerdən kəsilən erməni əsgərinə bizim mərd oğullarımız öz Vətənlərində başa saldılar ki, sən bu torpaqlardan gec-tez çıxmalı idin. Dördüncüsü və ən əsası, ermənilərin 23 il ərzində qurmağa, yaratmağa çalışdıqları əslində yalanlardan ibarət olan mif bütün dünyanın gözü qarşısında 4 gündə qırıldı. Xalqımızda olan böyük ruh yüksəkliyi, vətənpərvərlik, döyüş ruhu ermənini çaş-baş saldı. Başının altındakı yastığın getdiyini görən erməni indi qaçır.
Azərbaycan Ordusu Ermənistan qarışıq bütün dünyaya anlatdı ki, siz istəsəniz də, istəməsiniz də işğal altında olan torpaqlar geri alınacaq.

İnanırdım. Və gözləyirdim. 23 ildi ki inana-inana gözləyirdim. Həm də bu günlərin gələcəyini bilə-bilə. Anladılması çox çətin olan qələbə sevincini bizlərə yaşadan qəhrəman əsgərlərimizdi. Milli Ordumuzun qəhrəman əsgərləri. Xalqımız onlarla fəxr edir.

Bu gün dəyərli oxucularıma onların yalnızca birinin rəşadəti, qəhrəmanlığından bir neçə kəlmə qeyd etməklə az öncə yuxarıda yazdıqlarımı təsdiqləyəcəm.

Aprelin 2-də Cəbrayıl rayonu ərazisindəki Lələ təpə yüksəkliyi uğrunda gedən döyüşdə N saylı hərbi hissənin nizami hissə rəisi, mayor Elnur Əliyev şəhid olub. Əlində avtomat yüksəkliyə əsgərləri ilə bərabər hücum edən Elnur Əliyev öz bədəni ilə düşmənin atdığı qumbaranın üstünü örtərək, özünün şəhidliyi hesabına əsgərlərini xilas edib.

Bu, bir Azərbaycan oğlunun Vətəni qarşısında edəcəyi ən böyük qəhrəmanlığıdır.

Qürbətdə qəribsədiyimiz, yaşadığımız sürəcdə üzərinə ayaqlarımızı möhkəm basdığımız doğma diyar, ata-babalarımızın uyuduğu, yatdığı məzar və övladlarımıza qoyub gedəcəyimiz ən dəyərli mirasdı Vətən. Ona sahib çıxmaq boynumuzun borcudu.

Müqəddəs ana yurdumuzun bötüvlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Rahat uyuyun. Sizin qanınız yerdə qalmayacaq.

Qarşıda isə bizi böyük günlər gözləyir, qardaşlar!

Qəzanız mübarək olsun!!!

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Aprel 2016
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930