Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Şura 2016-cı il birinci maliyyə müsabiqəsinin nəticələrini təsdiqləyib

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib.
İlk olaraq ön cəbhədə şəhid olan hərbi qulluqçuların ruhları bir dəqiqəlik sükutla yad edilib.
Şura sədri, millət vəkili Azay Quliyev gündəliyə rəhbərlik etdiyi qurumun 2016-cı ilin birinci rübündəki fəaliyyəti haqqında hesabat, Şura üzvlüyünə keçirilən seçkilərin nəticələri, cari ilin birinci maliyyə müsabiqəsinin nəticələri, ikinci maliyyə müsabiqəsinin mövzu istiqamətləri, Şuraya təqdim edilən müsabiqədənkənar layihələrin qiymətləndirilməsi  və digər  məsələlərin daxil edilməsini təklif edib. Gündəlik yekdilliklə bu ardıcıllıqla təsdiq olunub.
Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov 2016-cı ilin I rübündə Şuranın Əsasnaməsinə uyğun olaraq QHT-lərə Dövlət Dəstəyinin bütün istiqamətləri üzrə fəaliyyətini uğurla davam etdirdiyini bildirib. Cari ilin yanvar ayında Şamaxı, Şabran və Qəbələ rayonlarında regional QHT nümayəndələrinin iştirakı ilə səmərəli idarəçilik mövzusunda təlimlər keçirilib. Mart ayında 200-dək QHT-yə illik maliyyə hesabatlarının elektron qaydada təqdim edilməsi ilə bağlı məlumatlandırma sessiyası təşkil olunub. Şura eyni zamanda qhtxeber.az saytı vasitəsi ilə QHT-lərə təmənnasız informasiya dəstəyini də davam etdirib. 2016-cı ilin birinci rübündə beynəlxalq korpusun təmsilçiləri ilə Şurada keçirilən görüşlərdə QHT sektorunun vəziyyəti, qarşıda dayanan mövzular haqda müzakirələr aparılıb.
Fərasət Qurbanov mart ayında Şura üzvlüyünə açıq və şəffaf şəkildə seçkilərin keçirildiyini və səsvermənin nəticəsinə əsasən 8 qrupun hər biri üzrə ən çox səs toplayan 3 nəfərin sənədlərinin yaxın günlərdə dövlət başçısına təqdim olunacağını bildirib.
Katibliyin icraçı direktoru Şuranın 2016-cı il birinci maliyyə müsabiqəsinə QHT-lərin 660 layihə göndərdiyini, bunlardan 110-nunun təqdim etdiyi layihə sənədləri tələblərə cavab vermədiyindən texniki seleksiya mərhələsini keçmədiyini qeyd edib. 550 QHT-nin layihəsi isə ekspertizaya təqdim olunub. Hər bir layihə 3 müxtəlif  ekspert tərəfindən qiymətləndirilib. Şura 40 balı keçid balı kimi müəyyənləşdirib.
F. Qurbanov ekspertizada yüksək bal toplayan və maliyyələşdirilməsindən imtina olunması tövsiyə olunan bütün layihələrin detallı şəkildə ictimai müzakirəsini keçirməyə hazır olduqlarını vurğulayıb.
F. Qurbanov gündəlikdə dayanan 2016-cı il ikinci maliyyə müsabiqəsinin mövzu istiqamətləri, şərt və qaydaları ilə də bağlı ətraflı məlumat verib.
Şura üzvləri Tahir Süleymanov, Dilarə Vəliyeva, Əliməmməd Nuriyev, Sahib Məmmədov,  İlqar Məmmədov, Rəna Mirzəzadə və Vüqar Qədirov çıxış edərək gündəlikdə dayanan məsələlər haqqında rəy və təkliflərini bildiriblər.
Şura müsabiqənin nəticələri ilə bağlı müzakirələri yekunlaşdıraraq 40-dan çox bal toplamış 277 layihənin maliyyələşdirilməsini qərar alıb. 273 layihə isə 40-dan az bal topladıqlarına görə müsabiqədən kənarda qalıb. Hər iki siyahı Şuranın internet resurslarında yerləşdiriləcək.
Gündəlikdəki digər məsələlər də müzakirələrdən sonra ayrılıqda səsə qoyularaq qəbul edilib.
İclasda Vüqar Qədirov uğurlu fəaliyyətinə görə Şuranın fəxri fərmanı ilə təltif edilib.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Aprel 2016
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930