Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Siyasi və hərbi dividend: “Üç günlük döyüş” bizə nə verəcək? – OPERATİV TƏHLİL

Cəbhədə atəşkəs razılaşması əldə olundu. Müdafiə Nazirliyinin məlumatına görə, aprelin 5-də saat 12.00-dan etibarən Azərbaycan Ermənistan qoşunlarının təmas xəttində tərəflərin razılığı ilə əməliyyatlar dayandırılıb. Məlumatda o da qeyd olunur ki, Silahlı Qüvvələrimizin bölmələri azad edilmiş torpaqlarda möhkəmləndirmə işlərini həyata keçirir.

Bu, Azərbaycanın qısa müddətli müharibədən qazanclı çıxdığı deməkdir. Üç gün davam edən döyüşlərdə ordumuz iki kənd, bir strateji yüksəkliyi azad edib. Bu, aprelin 2-də açıqlanan rəsmi məlumatdır. Qeyri-rəsmi məlumatlara görə, ordumuz işğal altındakı torpaqların az da olsa müəyyən hissəsini düşməndən təmizləyib. Bunu Ermənistan mediası da yazır.

Azərbaycan 8 yüksəkliyi ələ keçirdi”, deyə “armenianreport” saytının bu gün yaydığı məlumatında deyilir. Güman ki, döyüşlərdə əldə etdiyimiz haqda məlumatlar önümüzdəki günlərdə açıqlanacaq.

Atəşkəs əldə olunsa da Azərbaycan qısamüddətli döyüşlərlə müəyyən dividentlər əldə etdi.

Danışıqlar prosesi

1. Atəşin dayandırılması ilə bağlı razılaşmanın şərtləri hələ məlum deyil. Lakin “Silahlı Qüvvələrimizin bölmələri azad edilmiş torpaqlarda möhkəmləndirmə işlərini həyata keçirir” açıqlaması Ermənistanın “aprelin 1-dəki mövqelərə qayıtmaq şərti ilə atəşkəsə hazırıq” istəyinin qəbul edilmədiyini göstərir. Hesab etmək olar ki, Azərbaycan qısa müddətli döyüşlərdə düşməndən təmizlədiyi əraziləri əlində saxlamaq şərti ilə atəşkəsə razı olub. Bu, ən azından 20 ildən sonra bizim ilk qazancımızdır.

2. Bundan sonra danışıqlar prosesində Azərbaycanın əli güclənəcək və münaqişəyə dair yeni təkliflər irəli sürüləcək. Bu təkliflərin Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində olacağı şübhəsizdir. Çünki döyüşlərin getdiyi vaxt həm ABŞ başda olmaqla Qərb, həm də Rusiya tərəflərə atəşi kəsmək çağırışı etdilər. Görünür, nə sərhədlərinin dibində münaqişənin alovlanmasına razı olmayan Rusiya, nə də bölgədə siyasi-iqtisadi maraqları olan Qərb yeni müharibə istəmir.

 

Azərbaycan üç günlük döyüşlərlə müharibə qabiliyyətinin yüksək olduğunu sübut etdi. Və göstərdi ki, torpaqların azad olunması üçün artıq səbir etmək niyyətində deyil. Bu baxımdan, danışıqların növbəti raundunda beynəlxalq və regional güclər Ermənistandan işğal etdiyi əraziləri boşaltmağı tələb edə bilərlər. Bu proses ən azından ilkin mərhələdə 5 rayonun azad olunmasını Ermənistana diktə edir. Hansı ki, Kreml bu təklifi bir neçə dəfə gündəmə gətirib.

3. Qısa müddətli döyüşlər beynəlxalq ictimaiyyətə Qarabağ münaqişəsinin “donmadığını” göstərdi. Halbuki, Ukrayna və Suriya münaqişəsi Qarabağ məsələsini arxa plana keçirmişdi. Bu isə Ermənistana işğalçı siyasətini davam etdirmək üçün münbit şərait yaradırdı. Artıq bundan sonra vəziyyətin əvvəlki kimi olmayacağı dəqiqdir.

Düşmən üzərində üstünlüyümüz və gözləntilər

1. Ermənistan Azərbaycan Ordusunun gücünü gördü. Ordumuzun sarsıdıcı zərbələri düşməndə ruh düşkünlüyü yaratdı. Qarabağa məcburi gətirilən erməni əsgərləri arasında fərariliyin atmasının ilkin işartıları görünür. Ehtimal etmək olar ki, qarşıdakı dövrdə Qarabağda xidmət edən erməni əsgərlərinin Azərbaycan tərəfinə keçməsi hallarının tez-tez şahidi olacağıq.

2. Dağlıq Qarabağa yerləşdirilən ermənilər burada yaşamaqdan imtina edəcəklər.

3. Ermənistanın verdiyi itkilər Sarkisyan hakimiyyəti üçün bir çox siyasi nəticələrə səbəb olacaq. Öz hakimiyyətini uzatmaq üçün parlament idarə üsuluna keçid haqda planlar quran Sarkisyan rejiminin bu istəklərinin gerçəkləşəcəyi ehtimalı azaldı.
Digər tərəfdən, sadə erməni əhalisi Dağlıq Qarabağı işğalda saxlayan Sərkisyan rejiminin hakimiyyətdən getməsini tələb edə bilər. Bu da münaqişənin sülh yolu ilə beynəlxalq hüquq çərçivəsində həllini sürətləndirə bilər. (http://publika.az/p/131371).

“Üç günlük döyüş”də əldə etdiyimiz və edəcəyimiz qazanc yaxın günlərdə tam bəlli olacaq. Amma bunun iki onillikdən sonra Azərbaycanın düşmən üzərində ən böyük qələbəsi olduğu tamamilə aydındır.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Aprel 2016
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930