Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Vaqif Dərgahlı hamını mübarizəyə səslədi

yknews.az Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlının APA-ya müsahibəsini təqdim edir:

– Ermənistan tərəfi Azərbaycan ordusunun Talış kəndində mülki şəxsləri öldürdüyü barədə məlumat və bununla əlaqədar olduğu iddia edilən fotolar yayıb. Bu, nə dərəcədə həqiqəti əks etdirir?

– Ermənilər həmişə təxribatla məşğul olublar, indi də təxribatlarını davam etdirirlər. Ermənistan Müdafiə Nazirliyinin sosial şəbəkələrdə və özlərinə yaxın internet saytlarında yaydığı foto və videolarda əks olunan görüntülərin Azərbaycan Ordusu ilə heç bir bağlılığı yoxdur, bütün bunlar Ermənistan daxilində ordunun itən imicini düzəltmək üçün təbliğatdan başqa bir şey deyil.

Erməni tərəfinin belə video və foto yaradıcılığı, animasiya hazırlama təcrübəsi böyükdür. İndiyədək dəfələrlə belə faktlar olub və bunların hamısı bizim tərəfimizdən və Azərbaycan mediası tərəfindən ifşa olunub.

Son günlərdə cəbhədə verdiyi böyük itkilərdən Ermənistan demək olar ki, sarsılıb. Erməni ordusu barədə yaradılmış mif alt-üst olub. İtkiləri barədə informasiyaları isə erməni ictimaiyyətindən maksimum şəkildə gizlədilir. Rəsmi olaraq komandanlıq tərəfindən də bəyan edilib ki, Azərbaycan Silahlı Qüvvələrinin açdığı atəş yalnız Ermənistan Silahlı Qüvvələrinə, ərazimizə soxulmuş düşmən əsgərlərinə, hərbi mövqelərə və obyektlərə qarşıdır. Biz mülki əhali ilə mübarizə aparmırıq. Ermənilər bu iddiaları dünya ictimaiyyətini, o cümlədən öz xalqını çaşdırmaq məqsədilə irəli sürürlər. Həm də qoşunların təmas xəttinə yaxın ərazilərdə qarşı tərəfin mülki əhalisi yoxdur. Ermənistanın yaydığı bu məlumat sırf dezinformasiyadır.

–  Yeri gəlmişkən, Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Azərbaycan ordusunun aprelin 2-də aldığı yüksəkliklərin geri qaytarıldığını bildirib.

– Bu da tamamilə yalandır. Azərbaycan Silahlı Qüvvələri işğaldan azad olunmuş ərazilərdə istehkam-mühəndis işləri həyata keçirir, səngərlərin qazılması ilə məşğuldur. Hazırkı məlumata görə, azad olunmuş strateji yüksəkliklərdə möhkəmlənmə işləri aparılır.

– Ermənistan Silahlı Qüvvələrinin bölmələri o yüksəkliklərin geri qaytarılması üçün hazırda hücumlar təşkil edirmi?

– Bu dəqiqə Ağdərə-Tərtər və Füzuli-Xocavənd istiqamətlərində vəziyyət gərgindir və bu istiqamətlərdə döyüşlər gedir. Son məlumata görə isə erməni silahlı bölmələri Xocavənd – Füzuli istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə hücuma cəhd göstəriblər. Əks-hücumla Silahlı Qüvvələrimiz düşmənin mövqelərinə sarsıdıcı zərbələr vurublar. Ermənilərin 3 tankı və 30-dək hərbi qulluqçusu məhv edilib. Bundan əlavə, qoşunlarımızın dəqiq cavab atəşi ilə düşmənin bir batareyası darmadağın edilib.

– Ermənilər sosial şəbəkələrdə bir video yayıblar. Guya yerdəkilər Azərbaycan əsgərlərinin meyitləridir və onların başı üzərində duran erməni əsgərlər deyirlər ki, digər Azərbaycan əsgərlərinin də taleyi belə olacaq. Bu videodan məlumatlısınızmı, bu məsələ araşdırılıbmı?

– Ermənistan Silahlı Qüvvələrinin rəhbərliyi ancaq dünyanın digər münaqişə bölgələrindən olan foto və videoların paylaşılması ilə, təxribatla məşğuldur. Bu cür foto və videolar quramadır. Bu video da quramadır və bunu qəti surətdə təkzib edirik.

– Döyüşlərdə şəhid olmuş əsgərlərimizin hamısının nəşi hazırda Azərbaycan tərəfdədirmi?

– Azərbaycan əsgəri bu gün düşmənə təsirli zərbələr endirir. Müdafiə Nazirliyi olaraq hər bir itkimiz barədə ictimaiyyətə informasiyalar veririk. Şəhidlərimizin dəfni mətbuatın, ictimaiyyət nümayəndələrinin, demək olar bütün xalqımızın iştirakı ilə keçirilir. İndiyə olan məlumata görə, 15 şəhidimiz var və bu barədə rəsmi olaraq məlumat vermişik.

– Sosial şəbəkələrdə erməni təxribatlarına qarşı mübarizə necə aparılır və bundan sonra necə aparılmalıdır?

– Sosial şəbəkələrdə Azərbaycan vətəndaşları fəal olmalı, rəsmi məlumatlara istinad edilməli, dezinformasiyalara rast gəldikdə, dərhal əks-reaksiya verməli, paylaşılan məlumatlara şərhlər vasitəsilə cavab verməli və  bu informasiya savaşı cəbhəsində aktiv mübarizə aparmalıdırlar.

 

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Aprel 2016
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930