Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

SİMİB bəyanat yayıb

Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyi bəyanat yayıb.
 Bəyanatı təqdim edirik:
Aprelin 2-də gecə saat 3-4 radələrində erməni hərbi birləşmələri işğal olunmuş Azərbaycan ərazilərində yerləşən təmas xəttində atəşkəsi pozaraq  növbəti təxribat əməli törətməyə çalışmışlar. Mövqelərimizə hücumla yanaşı ağır silahlardan istifadə edərək təmas  xəttinə yaxın ərazilərimizdə yerləşən yaşayış məskənlərimizi atəşə tutulmuşdur. Nəticədə dinc sakinlər həlak olmuş və yaralanmış, xeyli sayda mülki evlər dağıdılmışdır. Havadarlarından təlim və silah alan, beynəlxalq təşkilatların və ATƏT-in Minsk qrupunun yarıtmaz fəaliyyətindən,  beynəlxalq birliyin sərgilədiyi ikili standartlardan ruhlanan ermənilər bu növbəti təxribatları ilə Azərbaycanın dünyada yüksələn nüfuzuna zərbə vurmaq və növbəti təxribata çəkmək niyyəti ilə bu hücum əməliyyatlarına başlamışlar. Yaşayış məskənlərimizin ağır silahlardan atəşə tutulması davam etdikdə və dinc sakinlər atəş altında qaldıqda Azərbaycan ordusu düşmənin atəş nöqtələrini susdurmaq üçün əks həmləyə keçməyə məcbur olmuşdurlar. Nəticədə bir neçə işğal olunmuş yaşayış məntəqələrimiz və strateji əhəmiyyətli düşmən artilleyasının yerləşdiyi  yüksəkliklər işğalçılardan təmizlənmişdir. Azərbaycan ordusu 12 şəhid vermişdir. Lakin işğalçı orduya sarsıdıcı zərbə vurulmuşdur. Beynəlxalq təşkilatların qarşısında həmişə öhdəliyinə hörmət qoyan Azərbaycan bu dəfə də ona uyğun olaraq hücum əməliyyatlarını dayandırmış və birtərəfli qaydada atəşkəs elan etmişdir. Azərbaycan respublikasının prezidenti cənab İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasında qeyd etdiyi kimi bu dəfə də məsuliyyət Ermənistanın kriminal rəhbərliyinin üzərinə düşür. Ermənistan İqtisadiyyatını qura bilməyən, əhalisinin yarısını artıq Ermənistandan didərgin salan, yarıtmaz siyasətləri ilə erməni xalqını səfil günə qoyan siyasi hakimiyyət təkcə havadarının sifarişi ilə yox eyni zamanda qeyd olunan yaramaz siyasətlərini ört basdır etmək üçün dəfələrlə cəbhədə təxribatlar törədərək diqqəti yayındırmağa çalışmışlar. Bu dəfə də bu oyuna əl atan Ermənistan hökuməti istədiyinə nail ola bilmədi nəticədə 100-lə erməni əsgərlərinin qanına bais olaraq erməni və Azərbaycan analarının gözünü yaşlı qoydu. Xocalıdan sonra bir daha dinc sakinlərimizə qarşı qırğınlar törətməyə çalışdı. Təmas xəttində yaşayış məskənlərimizin atəşə tutulması və  dinc sakinlərimizin öldürülməsi bir daha sübut edir ki, Ermənistan hökuməti Azərbaycan xalqına qarşı genosid siyasətindən əl çəkməyib.
Biz “Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyi olaraq Ermənistanın son günlər cəbhədə törətdiyi  təxribatları pisləyir onun havadarlarının apardıqları siyasəti mənfur hesab edirik. ATƏT-in Minsk qrupunun fəaliyyətinin qənaətbəxş hesab etməyərək onun buraxılmasını tələb edirik. BMT məlum dörd qətnaməsinin yerinə yetirilməməsinin nəticəsi olan bu təxribatların qarşısının alınması və Azərbaycan xalqına qarşı aparılan çirkin oyunların dayandırılması üçün Beynəlxalq aləmə və nüfuzlu təşkilatlara müraciət edərək bəyan edirik ki, Ermənistanın və onun havadarlarının bu siyasətinin dayandırılması üçün bizə dəstək olsunlar.
Bəyan edərək bildiririk ki, BMT-nin və ATƏT-in növbədən kənar təcili toplantısı çağırılmalı, Ermənistanın işğalçı əməllərinə qiymət verilməli, qətnamələr yerinə yetirilməsi üçün təzyiq vasitələri işə salınmalı, Minsk qrupu yenilənməlidir.
Bəyanatımızın sonunda Azərbaycan prezidentinin  vurğuladığı  “Biz sadəcə olaraq bu təxribata cavab vermişik. Düz də etmişik. Bizə qarşı yenə təxribat törədilərsə onlar yenə də öz cəzalarını alacaqlar. Bu, bir. İkincisi, biz öz torpağımızda vuruşuruq. Biz Ermənistan torpağını işğal etməmişik. Əgər erməni əsgəri ölmək istəmirsə, Azərbaycan torpağından rədd olsun.”  fikri dəstəkləyirik və bildiririk ki, biz sülh istəyirik amma 22 ildir Ermənistan bunu istəmədi bundan sonra Beynəlxalq aləm ədalətli şəkildə Azərbaycan xalqının yanında olmasa baş verə biləcək hadisələrə görə Ermənistan hökuməti məsuliyyət daşıyacaq.
No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Aprel 2016
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930