Sərkisyanın kilsəyə gedib dua etməkdən başqa çarəsi qalmadı
Ermənistan prezidenti Serj Sərkisyan bu gün, aprelin 4-də, Yerevanın Müqəddəs Qriqori kilsəsinə gələrək «Vətən və onu qoruyan hərbçilərə birgə dua» mərasimində iştirak edib. Virtualaz.org xəbər verir ki, məlumatı «Ermənistan xəbərləri» portalı yayıb.
Mənbəyə Ermənistan dövlət başçısının mətbuat xidmətindən bildirilib ki, dua mərasimi bütün ermənilərin katolikosu İkinci Qareginin xeyir-duası ilə baş tutub.