Rusiya erməni əsgərlərinə komək edəcək
Ermənistanda qana ehtiyac yaranıb. ANS PRESS-in məlumatına görə, bu barədə Ria Novisti agetliyi Rusiya Cənub hərbi dairəsinin mətbuat xidmətinə istinadla xəbər yayıb. Məlumatda bildirilir ki, qana ehtiyac Rusiyanın Ermənistandakı hərbi bazalarındakı əsgərlər tərəfindən qarşılanacaq.
“Aksiyada 300-dən çox hərbi qulluqçu iştirak edir”.
Hərbi qulluqçular 100 litr qan verəcək. Rusiyanın Gümrüdəki hərbi bazasından isə hər bir hərbçi təxminən 200 millilitr qan verməlidir. Yığılan qan Ermənistanın tibb məntəqələrinə göndəriləcək.
Rusiya hərbi bazalarındakı qanvermə aksiyası “donor ol, insana həyat hədiyyə et!” şüarı altında keçirilir.
“Aksiyada 300-dən çox hərbi qulluqçu, onların ailə üzvüləri və bazaların İrəvan qarnizonları iştirak edir. Hər hərbi qulluqçudan orta hesabla 200 millilitr qan alınacaq. İstəyənlər 350-400 millilitr qan verə bilərlər”, – deyə mətbuat xidmətindən bildirilib.
Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizlənib.
Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli “Lələ təpə” adlandırılan yüksəklik də bölmələrimizin nəzarətinə keçib.
Döyüşlərdə ermənilərə məxsus 6 ədəd tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, o cümlədən yüzdən çox hərbi qulluqçusu ölüb və yaralanıb. Düşmənlə döyüşlərdə Silahlı Qüvvələrimizin 15 hərbi qulluqçusu şəhid olub.
Erməni hərbi qulluqçuları vahimə içində silah-sursatlarını ataraq öz mövqelərindən qaçır, panikada olan düşmən geri çəkilir. Son saatlar ərzində birləşmələrimizin cavab atəşləri nəticəsində erməni tərəfinin 170-dək hərbi qulluqçusu və 12 zirehli texnikası sıradan çıxarılıb.