Lavrov: “Rusiya Qarabağa görə Ankaranı qınamır”
“ATƏT-in Minsk Qrupu formatının dəyişdirilməsi məqsədəuyğun deyil. Bu, münaqişənin tənzimlənməsi üçün ən uyğun mexanizmdir”.
Virtualaz.org RİA-Novosti-yə istinadən bildirir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Qoşunların təmas xəttində yaranmış mövcud gərginliyi şərh edən rusiyalı nazir deyib ki, Rusiya Qarabağa görə Ankaranı qınamır: “Dağlıq Qarabağda gərginliyin yaranmasında Rusiya Ankara da daxil olmaqla heç bir xarici qüvvəni qınamır”.
“Dağlıq Qarabağ münaqişəsi hərbi yolla həll edilə bilməz”, -deyə S.Lavrov sonda vurğulayıb.