Cəbhədə son durum: səhər saatlarından döyüşlər yenidən başladı
Cəbhə bölgəsində düşmənlə təmas xəttində vəziyyət yenidən gərginləşib.
Bu barədə Trend-ə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı məlumat verib.
Qurum rəsmisi bildirib ki, dünən gecə saatlarında təmas xəttində vəziyyət yenidən gərginləşib. Bu gün səhər vəziyyət nisbətən sabitləşsə də, düşmən tərəf yenidən ağır artilleriyalardan cəbhə boyu mövqelərimizi, xüsusən də Ağdərə, Xocavənd, Ağdam və Tərtər rayonlarındakı yaşayış məntəqələrini atəşə tutub. Azərbaycan Silahlı Qüvvələri düşmənə cavab atəşi endirir.