Azərbaycan ordusu ilk dəfə ağır reaktiv odsaçanlardan istifadə etdi
Azərbaycan ordusu erməni işğalçılarının Silahlı Qüvvələrimizin mövqelərinə əks-hücumlarından müdafiə olunmaq məqsədilə düşmənin hərbi obyektlərinə qarşı “TOS-1A” “Solntsepyok” ağır reaktiv odsaçanlardan istifadə edib.
Bu haqda Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri polkovnik Vaqif Dərgahlı məlumat verib.
Azərbaycan Rusiyadan aldığı bu silahdan ilk dəfədir ki, hərbi əməliyyatlarda istifadə edir.