Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Zakir Həsənov: “100-ə yaxın düşmən məhv edilib, bir neçə yüzü yaralanıb”

“Bütün əməliyyat şəraiti nəzərə alınmaqla, Silahlı Qüvvələrimiz tədbirləri davam etdirir, cəbhəboyu əməliyyat şəraitini tam nəzarət altında saxlayır və gözlənilən bütün təxribatların qarşısını almağa hazırdır”.

yknews.az AzərTAc-a istinadən bildirir ki, bunu aprelin 2-də Azərbaycan Respublikası prezidentinin yanında keçirilən Təhlükəsizlik Şurasının iclasında müdafiə naziri Zakir Həsənov deyib.

Bildirib ki, aprelin 1-dən 2-nə keçən gecə erməni silahlı qüvvələri müxtəlif istiqamətlərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə hücuma keçmiş və yaşayış məntəqələrimizi atəşə tutmuşlar. Bu təxribat xarakterli hücumların nəticəsində hərbi qulluqçularımız qəhrəmancasına həlak olmuşlar. Cavab olaraq Azərbaycan Silahlı Qüvvələri bütün istiqamətlərdən əks hücuma keçərək düşmənin mövqelərinə sarsıdıcı zərbələr vurmuşlar.

Nazir deyib::

– Möhtərəm Prezident, cənab Ali Baş Komandan, məruzə edirəm ki, son zamanlar erməni silahlı qüvvələri cəbhəboyu yerləşən ərazilərdə, kəndlərdə təxribatları artırıbdır, əhaliyə qarşı iriçaplı silahlardan və artilleriya qurğularından istifadə edir. Son hadisələr göstərir ki, əhali arasında itkilər çoxalıb. Bu təxribatların qarşısını almaq üçün əməliyyat şəraitini qiymətləndirərək qərar qəbul olunmuşdur ki, erməni silahlı qüvvələrinin atəş nöqtələrinə və artilleriya qurğularına zərbələr endirilsin və onların hərbi birləşmələri bizim kəndlərdən daha uzaq yerə çəkilməyə məcbur edilsin. Bununla yanaşı, ehtimal olunan istiqamətdə erməni silahlı qüvvələrinin ehtiyatlarının hərəkətini də nəzərə alaraq, aprelin 1-dən 2-nə keçən gecə Azərbaycan Silahlı Qüvvələrinin kəşfiyyat qrupları 3 istiqamətdə planlı şəkildə tədbirlər həyata keçirmişdir. Əməliyyat şəraitini nəzərə alaraq, Talış və Seysulan kəndləri, bir də Horadiz istiqamətində olan təpələr aparılan döyüş əməliyyatları ilə ələ keçirilmişdir. Bu əməliyyatın əsas məqsədi təxribatların qarşısının alınması və bizim yaşayış məntəqələrinə atəş nöqtələrinin təsirinin azaldılması idi.

Məruzə edirəm ki, əməliyyat vaxtı erməni silahlı qüvvələri Madagiz, Ağdərə və digər yaşayış məntəqələrindən ehtiyatları hərəkətə gətirərək döyüş bölgəsinə yerləşdirmək məqsədilə əməliyyat keçirmişlər. Bunun da qarşısının alınması məqsədilə Silahlı Qüvvələrimiz həmin istiqamətlərdə döyüş tədbirləri həyata keçirmiş və zərbələr endirmişlər. Erməni silahlı qüvvələri bu zərbələr nəticəsində həm canlı qüvvə, həm də texnika sarıdan çox böyük itkilər vermişdir. Məruzə edirəm ki, Silahlı Qüvvələrimiz əməliyyat şəraitini nəzərə alaraq həmin istiqamətlərdə və yüksəkliklərdə öz mövqelərini möhkəmləndirmişdir. Gün ərzində erməni silahlı qüvvələrinin təxribatlarının qarşısı uğurla alınmışdır. Erməni silahlı qüvvələri bu döyüşlərdə böyük itkilərə məruz qalmışdır. Bizdə olan məlumata görə, 100-ə yaxın düşmən məhv edilmiş və bir neçə yüz düşmən yaralanmışdır. Çoxlu sayda zirehli texnika, artilleriya qurğuları sıradan çıxarılmışdır. Əməliyyat şəraitini və erməni silahlı qüvvələrinin əsas hərbi hissələrinin Madagiz yaşayış məntəqəsində yerləşməsini nəzərə alaraq oraya da zərbələr endirilmişdir. Onu da məruzə edirəm ki, bir neçə hərbi top hissəsi Madagiz yaşayış məntəqəsindən bizim mövqelərə, bir də yaşayış məntəqələrinə birbaşa zərbələr endirirdilər.

Məruzə edirəm ki, bütün əməliyyat şəraiti nəzərə alınmaqla, Silahlı Qüvvələrimiz tədbirləri davam etdirir, cəbhəboyu əməliyyat şəraitini tam nəzarət altında saxlayır və gözlənilən bütün təxribatların qarşısını almağa hazırdır.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Aprel 2016
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930