Tərtərin icra başçısı: “Ermənilər 31 yaşayış evini dağıdıb”
“Ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində mülki vətəndaşlara məxsus 31 fərdi yaşayış evi dağıdılıb”. Yknews.az saytı xəbər verir ki, bunu “Report”a açıqlamasında Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov deyib.
O bildirib ki, ziyan dəyən 15 yaşayış evi rayonun Qaradağlı kəndində, 2 yaşayış evi şəhərin mərkəzində, digər yaşayış evləri isə Seyidimli və Şirxah kəndlərindədir: “Hazırda dəymiş ziyanın miqdarı dəqiqləşdirilir”.