Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

“Şuşa bomboşdur, cənub tərəfdə ağır döyüşlər gedir…”

Azərbaycan ordusunun aprelin 2-dən başlayaraq təmas xəttinin Ağdərə-Tərtər, Ağdam-Xocavənd və Füzuli istiqamətlərində düşmənə endirdiyi zərbələr, təmas xəttini yarması işğal altındakı ərazilərimizdə məskunlaşmış ermənilər arasında əsl panika yaradıb.

Virtualaz.org xəbər verir ki, bu qənaət heç də Azərbaycan mənbələri tərəfindən yayılan və bir çoxlarının təbliğat sayıb ötəri nəzər saldığı informasiyalara əsaslanmır. Ermənilərin özlərinin yaydıqları məlumatlar məhz belə deməyə əsas verir. Özü də həmin məlumatlar sosial şəbəkələrdə deyil, aparıcı Rusiya KİV-lərinin səhifələrində yer alır.

“Komsomolskaya Pravda” qəzeti əslən Qarabağdan olan erməni jurnalist Şaqen Nazaryandan hazırda işğal altında olan Azərbaycan ərazilərində nə baş verdiyi haqda soruşub. Şaqen Nazaryanın dediklərindən: “Mən özüm hazırda Rusiyadayam, ancaq nütün qohumlarım, o cümlədən anam Dağlıq Qarabağdadır. Bu gün, bazar günü onunla danışmışam, deyir ki, kişi əhalisi arasında səfərbərlik gedir. Şuşa şəhəri bomboşdur, hamı evlərə sığınıb. Cənub istiqamətdə-Hadrut tərəfdə isə hələ də şiddətli döyüşlər gedir. Orada mənim əmim oğlanları və bacım yaşayır, anam onlar oradan çıxarıb Şuşaya aparmağa çalışır. Əgər situasiya dəyişməsə ola bilsin uşaqları dəhlizlə İrəvan tərəfə çıxarsınlar. Stepanakertdə (Xankəndi.-red) isə hələlik sakitlikdir. Dünəndən əhalidən yaralılar üçün qan yığırlar, rezervistləri toplayırlar. Şuşa şəhərində həyat isə demək olar ki, ölüb. İnsanlar küçəyə çıxmır, ancaq heç kimi evakusiya etmirlər. Şuşa Stepanakertdən 10 kilometr məsafədədir. Şuşasız Qarabağdan Ermənistana yol olmazdı”.

Erməni jurnalistin dediyinə görə Qarabağda erməniləri səfərbərliyə alırlar, ancaq hələlik silahlandırmırlar: “Könüllülərə gəldikdə isə dayım deyir ki, Ermənistandan və Qarabağın özündən könüllülər var. Ancaq başqa tanışımın dediyinə görə Rusiyadan və Avropadan da 350 erməni könüllü İrəvana getmək üzrədir”.

Rusiyanın “Sputnik” beynəlxalq xəbər agentliyinin Ermənistan versiyasının müxbirləri isə hazırda Ağdərə şəhərində hökm sürən vəziyyət barədə öz reportajlarında bəhs ediblər. Reportajda deyilir ki, Ağdərə şəhəri Azərbaycan artilleriyasının zərbələri altındadır. “Şəhər tamamilə boşdur, insanların bir çoxu Stepanakertə üz tutub. Qalanlar isə sığınacaqlardadır. Şəhərin küçələrində heç bir hərbi texnika gözə dəymir. Ancaq Stepanakertə gedən yolda çoxlu mülki maşınlar gözə dəyir”-reportajda bildirilir.

Bundan əvvəl sosial şəbəkələrdə yayılan məlumatlardan məlum olurdu ki, erməni hərbçiləri işğal altındakı ərazilərdən kütləvi şəkildə qaçan mülki şəxsləri dayandırmağa çalışır. Dağlıq Qarabağdakı qondarma rejimin “hökuməti” isə təsdiq edir ki, Ağdərənin Madaqis kəndindən sakinlər tamamilə evakuasiya olunub, Ağdərədə isə sakinlər sığınacaqlarda gizlənir…

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Aprel 2016
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930