Sarkisyan Almaniyaya gedir – SƏBƏB
Ermənistan prezidenti Serj Sarkisyan aprelin 5-də Almaniyaya səfərə gedir.
Xarici KİV bildirir ki, o, Berlində ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayerlə görüşəcək.
“Bu, münaqişənin həlli yollarının müzakirəsi üçün yaxşı imkan olacaq”, – deyə Almaniya XİN-in mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.