Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Rusiyalı ekspert: “Azərbaycan ermənilərin istehkam rayonunu ələ keçirməklə lokal qələbə qazanıb”

“Yaxın zamanda Dağlıq Qarabağ regionunda “nə sülh, nə də müharibə” vəziyyəti davam edəcək. Müəyyən dövr üçün vəziyyətin sabitləşməsi baxımından şərait göz önündədir”.

Bunu “Report”a müsahibəsində rusiyalı politoloq Oleq Kuznetsov deyib.

Cəbhə xəttində gərginliyin artması əlverişli geosiyasi şəraitlə bağlı idi. Azərbaycan və Ermənistan prezidentləri Nüvə Təhlükəsizliyi Sammitində iştirak etmək üçün Vaşinqtona getmişdi”, – deyə O.Kuznetsov bildirib.

Onun sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələrinin düşmənin təxribatlarına cavab olaraq qəfil hücumla düşmənin istehkam rayonunu ələ keçirməklə lokal qələbə qazanıb.

Ekspert aprelin 2-də baş vermiş hərbi qarşıdurmanın heç bir siyasi və ya diplomatik nəticələrinin olmayacağını vurğulayıb. Onun fikrincə, baş verənlər ordu generellarının təşəbbüsü kimi qələmə veriləcək və bu, hamını – həm Ermənistanı, həm Azərbaycanı, həm ATƏT-in Minsk qrupunu, həm AŞPA-nı, həm Moskvanı, həm də Tehranı razı salır.

Politoloq son hərbi əməliyyatın Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan ordusu və onun Dağlıq Qarabağın işğal altındakı ərazilərində fəaliyyət göstərən korpusları üzərində öz hərbi-texniki üstünlüklərini açıq-aydın nümayiş etdirdiyini xüsusi qeyd edib.

“Azərbaycan tərəfi istehkam rayonunu ələ keçirilməsi hücumu üçün həm canlı qüvvə, həm də hərbi texnika baxımından cüzi itkilərlə istəyinə nail olub. Ola bilsin, siyasi və sırf texniki səbəblərdən Azərbaycan ordusu bu gün irimiqyaslı hücuma keçməsin və ona görə də cəbhədə yenidən sakitlik yaransın. Amma Azərbaycanın əsgər və zabitləri artıq qələbəni dadıb. Odur ki, münaqişənin kompromis şəraitində sülh yolu ilə həlli ehtimalı həm Ermənistan, həm də vasitəçilər üçün kəskin şəkildə aşağı düşür”, – deyə o vurğulayıb.

Onun sözlərinə görə, yeni hərbi-siyasi reallıq yaranıb və artıq bu gün hamı onunla hesablaşmalıdır.

“Hər halda, ATƏT-in Minsk qrupu dərhal hərəkətə keçəcək. Amma onun məsləhətləri artıq Ermənistan yox, Azərbaycan tərəfdən rədd ediləcək” – , deyə o bildirib.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Aprel 2016
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930