Qarabağda ermənilərin pilotsuz uçuş aparatı məhv edildi
Azərbaycan Silahlı Qüvvələri cəbhə bölgəsində təxribatların qarşısını almaqda davam edir.
Müdafiə Nazirliyinin mətbuat xidməti bildirir ki, bu gün Azərbaycan Silahlı Bölmələri Ermənistan ordusuna məxsus pilotsuz uçuş aparatını məhv edib. Pilotsuz aparat Füzuli istiqamətində vurulub.