Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

“Odundağ” dünən keçirilən əməliyyatların tərkib hissəsi idi

Hazırda cəmiyyət cavab əməliyyatlarının birtərəfli şəkildə dayandırılmasını qəbul etmək istəmir və Silahlı Qüvvələrimizin uğurlarının davamlı bir şəkildə inkişafını gözləyir. Təbii, cəmiyyətin bir üzvü kimi biz də münaqişənin birdəfəlik həllinə tərəfdarıq. Lakin, gəlin bir nəzər salaq Qarabağ müharibəsinin birinci hissəsi hansı şəkildə başladı və genişmiqyaslı xarakter aldı. Müharibənin birinci hissəsi yollarda pusqu qurulması, maşınların daşqalaq edilməsi kimi terror-təxribat əməliyyatlarından keçərək aktiv fazaya daxil olmuşdu. Yəni genişmiqyaslı hərbi əməliyyatlara çevrilmişdi. Bu baxımdan atəşkəsdən sonra, siyasi vəziyyətin kritik olduğu bir zamanda birdən-birə sürətli əməliyyatla Xankəndində oturmağı hesablamaq doğru olmazdı. Müdafiə Nazirliyinin təlimlərdə göstərdiyi taktiki manevrlər isə, özünü dünən real döyüşdə qabarıq şəkildə göstərdi.

Lakin unutduğumuz bir məqam var. Xatırladım ki, ilkin olaraq düşmənin yayındırıcı həmlələrinin qarşısının alınması üçün uğurlu bir əməliyyat keçirildi.

Odundağ yüksəkliyi əməliyyatı

İki ay öncə ABŞ özəl kəşfiyyat araşdırmaları mərkəzi Stratfor, Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonu istiqamətində strateji əhəmiyyətli Odundağ yüksəkliyində nəzarəti əldə keçirməsindən yazırdı. Müdafiə Nazirliyi tərəfindən rəsmi şəkildə təsdiqlənən əməliyyatın detalları bu gün bizə aydın olur.

Nəzərinizə çatdırım ki, 1990-cı il əvvəllərindən etibarən ermənilər Qazax və Sədərək istiqamətində yayındırıcı hücumlar həyata keçirirdi. Martın 24-də Qazax rayonunun Bağanıs Ayrım kəndinin işğalı nəticəsində azərbaycanlılar xüsusi qəddarlıqla öldürülür, 100-dən çox ev yandırılır və kəndin sağ qalan əhalisi öz torpaqlarından qovulur. Yuxarı Əskipara, Bağanis Ayrım, Aşağı Əskipara və Quşçu Ayrım istiqamətində möhkəmlənməyə çalışan erməni qüvvələri avqust ayında aparılan əməliyyat nəticəsində məğlub edilir.

1990-cı il Qazax istiqamətində aparılan döyüşləri qısa da olsa xatırlatmaqda məqsədim, əslində Odundağ əməliyyatının hansı xeyirli məqsədlər üçün aparılmasını göstərməkdir. Belə ki, respublikamızın şimal-qərb bölgəsində mülki əhalinin təhlükəsizliyinin təmin olunması üçün belə bir ciddi addım atıldı. Ermənistanın KTMT-na üzv olmasını nəzərə alarsaq, bu addımın nə qədər riskli bir addım olmasının fərqinə varmış olarıq. Mərkəzi Kəşfiyyat İdarəsinin “kölgəsi” hesab olunan Stratfor bildirir: “Azərbaycan ordusu Odundağ yüksəkliyində postunu bərpa etdiyini bildirib. Regiondan gələn xəbərlər də bu iddianı təsdiqləyənə bənzəyir. Azərbaycanın, əslində, o mövqedən niyə çəkildiyi də aydın deyil. Amma Ermənistan Qazaxa gedən təchizat xətlərini kəsməklə Azərbaycan əsgərlərini geri çəkilməyə məcbur etmək istəyirdi. Azərbaycan ordusunun öz mövqeyini gücləndirdiyi barədə məlumatlar var. Bu yüksəklik ətrafdakı ərazilərə nəzarət baxımından vacibdir. Ən əsası, post Ermənistanın H26/M1 magistralına nəzarət imkanı verir…

Bu strateji mövqe Azərbaycan-Ermənistan münaqişəsində, kiçik də olsa, bir dəyişiklik yarada bilər”. Düşünürəm ki, Odundağ əməliyyatı hazırda keçirilən əməliyyatın tərkib hissəsidir və Stratfor dəyişiklik dedikdə heç də həmin bölgəni nəzərdə tutmurdu. <p”>Ordumuz aprelin 2-nə keçən gecə və gün ərzində Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində düşmən təxribatın qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə əməliyyat keçirməsi də bunu bir daha təsdiq etdi. Əməliyyat nəticəsində aşağıdakı strateji hissələr ələ keçirildi.

Ağdərənin Talış, Seysulan kəndləri

Füzuli rayonu ərazisindəki Lələtəpə yüksəkliyi


Bununla yanaşı, Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər də  ələ keçirildi. Yəqin ki, mətbuatda yayılan, Ağdərə istiqmətində ələ keçirilən beş yüksəklik dedikdə bu ərazilər nəzərdə tutulur. Azad edilən Talış kəndinin intensiv olaraq Tap Qaraqoyunlunu atəşə tutması, o cümlədən kurort tipli Naftalan şəhərini təhlükəli vəziyyətdə saxlaması onun strateji önəmindən xəbər verirdi. Talış və ətrafdakı yüksəkliklərin azad edilməsi birbaşa olaraq Sərsəng su anbarı istiqamətində aparılacaq gələcək əməliyyatların da önünü açıb. Lələtəpə yüksəkliyinin ələ keçirilməsi isə, ordumuzun Xocavənd-Füzuli-Cəbrayıl istiqamətində maneəsiz irəliləməsinə imkan yaradacaq.

Bu baxımdan, dünən azad edilən strateji ərazilərə Odundağ yüksəklini də əlavə edərsək, əməliyyatların təmamilə dayandırılacağını  doğru hesab etmək olmaz. Unutmamalıyıq. Torpaqları azad etmək nə qədər çətindirsə, həmin əraziləri qorumaq və orada möhkəmlənmək bir o qədər də asan deyil. Məhz, buna görə də cəmiyyət ordumuza daim güvənməli, öz birliyini itirməməli və əsasən də baş verən hadisələrə səbrlə yanaşmağı bacarmalıdır.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Aprel 2016
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930