Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

“Niyə vətənimə getməkdən məhrum olmalıyam, kimsə bunu mənə başa sala bilərmi? –Polad Bülbüloğlu

Azərbaycanın Moskvadakı səfiri Polad Bülbüloğlu Ermənistan-Azərbaycan cəhbəsindəki son durumla bağlı Rusiyanın “Dojd” xəbər kanalına müsahibə verib. 

Müsahibənin tam mətnini təqdim edirik:

– Cənab səfir, ötən gecə Dağlıq Qarabağda nə baş verib?

– Bilirsizmi, söhbət bu gecə nəyin baş verməsindən, ya da sabahkı gecə nələrin olacağından getmir. Bu konflikt davam etdikcə hər iki tərəfdən hərbçilər, dinc sakinlər həlak olur, olacaq. Bu münaqişəyə son verməyin zamanı çoxdan çatıb. Azərbaycan prezidenti İlham Əliyev dəfələrlə öz çıxışlarında bildirib ki, Azərbaycan Dağlıq Qarabağ konfliktinin dinc yolla həllinə tərəfdardır, ancaq sülh danışıqları nəticə verməsə, biz torpaqlarımızı işğaldan azad etmək üçün güc tətbiq edəcəyik. 21 ildir Azərbaycan torpaqlarının 20 faizi işğal altındadır. Hansı dövlət, hansı millət bununla barışar? Problemi həll etmək üçün ilkin səbəbi aradan qaldırmaq gərəkdir. İlkin səbəb isə Ermənistanın Azərbaycan ərazilərini işğal etməsidir.

– Bağışlayın sözünüzü kəsirəm.. bəs, kim..

– Sözümü kəsməyin. Mən fikrimi bildirim, sonra siz suallarınızı verərsiniz. BMT-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 4 qətnaməsi var, BMT Təhlükəsizliş Şurasının bu haqda qərarı var, Avropa Birliyinin, Avropa Parlamentinin, AŞPA-nın qətnamələri var. Bütün bu sənədlərdə Ermənistandan öz işğalçı ordusunu Azərbaycan torpaqlarından çıxarmaq tələb edilir. Söhbət yalnız Dağlıq Qarabağdan getmir. Məsələ həm də Dağlıq Qarabağın ətrafındakı daha 5 rayondan gedir. Azərbaycan çoxdandır 5 rayonun azad edilməsi və Dağlıq Qarabağın gələcəyi ilə bağlı sülh danışıqları başlanmasını təklifini irəli sürür. Heç kim orada yaşayan erməniləri o torpaqlardan qovmaq fikrində deyil. Ancaq orada azərbaycanlılar da yaşayırdı. Mən özüm qarabağlıyam. Söhbət ondan gedir ki, azərbaycanlılar da öz yurdlarına dönməlidirlər. Bundan sonra hər iki icma bir yerdə yaşamaq üçün dil tapmalıdır. İşğalçı ordu Azərbaycan ərazilərində qaldıqca savaş davam edəcək, heç kim bunu gizlətmir. Bu savaş son erməni əsgəri Azərbaycan ərazisini tərk edənə qədər davam edəcək. Biz bu haqda dəfələrlə ən müxtəlif səviyyələrdə sözümüzü demişik. Cənab prezident də dəfələrlə bildirib, xarici işlər naziri də deyib, mən də böyükelçi olaraq dəfələrlə demişəm, ancaq bizi eşitmirlər. Eşitmədikləri üçün də bu gecəki hadisələr baş verib. Konflikti həll etmək lazımdır. Narahatlıq ifadə etməyiniz çox yaxşıdır. Bizə belə diqqət ayırmağınızı yüksək qiymətləndiririk. Ancaq konflikt bitməlidir. Bir neçə il öncə Soçidə üçtərəfli görüş keçirildi, bir sıra razılaşmalar əldə edildi, ancaq onların heç biri həyata keçirilmədi. Bu yaxınlarda yenə də neçə dinc vətəndaşımız həlak oldu. Bu nə qədər davam edə bilər ki? Hansı dövlət ərazilərinin 20 faiz işğalına göz yumar? Siz özünüzü bizim yerimizə qoyun.

– Cənab səfir, sizdə hansı informasiyalar var: bu dəqiqələrdə hərbi əməliyyatlar davam edirmi?

– Mən Azərbaycanda deyiləm, efirə qədim rus şəhəri Saratovdan qoşulmuşam. Məndə də sizin bildiyiniz rəsmi xəbərlərdir. Bir neçə saat öncə Azərbaycan Müdafiə Nazirliyi açıqlama yayıb, itkilər haqqında bilgi verib, prosesə Rusiya prezidenti Vladimir Putin qoşulub, Sergey Lavrov Azərbaycan zəng edib, Sergey Şoyqu telefonla danışıb. Ancaq başa düşün ki, bu, problemin həlli deyil. Danışmaq da olar, zəng eləmək də olar, yenə də durumu sakitləşdirmək olar, ancaq 3 gün, 1 həftə, 1 ay sonra, yenə eyni durum yaranacaq. Problemi çözmək lazımdır. Bunun üçün də işğalçı ordunu Dağlıq Qarabağ ətrafındakı 5 rayondan çıxarmaq gərəkdir. Bu olmayana qədər toqquşmalar davam edəcək.

– Rusiya, Birləşmiş Ştatlar, Avropa ilə bu məsələylə bağlı hər hansı təmaslar varmı?

– ATƏT-in Qarabağ konflikti ilə məşğul olan Minsk qrupu var. Onlar Ermənistana, Azərbaycana səfərlər edirlər, 14 ildir ki, danışıqlar aparırlar. Məsələ aydındır – kiminsə başını sığallayıb “uşaqlar, gəlin barışın, sülh yaradın” deməklə, sülh yaranan deyil. Beynəlxalq hüquqa dayanaraq dəqiq ifadə etmək lazımdır ki, hansı ərazi hansı dövlətindir və hansı dövlət o ərazini işğal edib. Bundan sonra isə işğalçıdan işğalı dayandırmaq tələb olunmalıdır. Yalnız ondan uzun müddətdir gözlənilən sülh baş tuta bilər.

– Təşəbbüs kimdən gəlməlidir?

– Bunun üçün Minsk qrupu var. Azərbaycan problemin çözümü üçün digər beynəlxalq qurumlara müraciət edəndə dərhal bildirilir ki, Minsk qrupu var, qoyun onlar həll etsin. Onlar isə həll etmirlər. Minsk qrupu yaranmış durumdan real çıxış göstərmir.

– Necə hesab edirsiniz, genişmiqyaslı hərbi əməliyyatlar başlana bilərmi?

– Mən yetərincə aydın ifadə etdim – işğalçı ordu Azərbaycan torpaqlarından getməyənə qədər heç nəyə təminat vermək mümkün olmayacaq. Biz bütün beynəlxalq qurumlarda işğalçı ordunun Azərbaycandan çıxmasını tələb etmişik. Beynəlxalq hüquqa görə, bu, hər bir dövlətin haqqıdır. Sadəcə xəritəni götürmək və baxmaq lazımdır – kim hansı dövlətin ərazisinə müdaxilə edib. Cənab Bardyuja ötən gecə baş verənlərdən rahatsız olduğunu deyib. O, çox tez-tez İrəvanda olur, qoy, öz kolleqalarına savaşın dayanması üçün hansı addımlar atılmalı olduğunu başa salısın.

– Azərbaycan hakimiyyəti indi aktiv hərbi əməliyyatlara başlamağı planlaşdırırmı?

– Mən Azərbaycan hökuməti adından danışa bilmərəm, yalnız böyükelçi kimi deyə bilərəm ki, biz prosesin dinc yolla həllinə tərəfdarıq. Ancaq bu dinc danışıqlar bilinməyən zamana qədər uzana bilməz. Mənim 71 yaşım var. Ailəm Qarbağdandır. Nəyə görə mən öz vətənimə getmək haqqımdan məhrum olmalıyam? Bunu kimsə mənə başa sala bilərmi? Ona görə ki, kimsə belə istəyir? Bəli, bu gün Azərbaycanın gücü, imkanı çatır ki, dinc yol nəticə verməsə, hərb yolu ilə işğalı durdursun. Savaş arzuedilən deyilsə, Ermənistana öz qoşunlarını Azərbaycan torpaqlarından çıxarması üçün basqı göstərilməlidir. Bundan sonra azərbaycanlıların və ermənilərin Dağlıq Qarabağda dinc yaşaması məsələsi həllini tapmalıdır. Düstur çox sadədir Bunun üçün oxuyub, diplom almağa ehtiyac yoxdur”.

Korrespondent.Az

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Aprel 2016
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930