Gənc Liderlər Heydər Əliyev Yolunda
Gənc Liderlər Heydər Əliyev Yolunda Facebook dəstək kompaniyasında könüllü gənclərimiz var. Paytaxtdan və bölgələrdən olan gənclər, eləcə də xaricdə təhsil alan gənclər qrupun fəaliyyətini izləyə bilirlər. Onlar da öz çevrələrini, Avropada yaşayan insanları qrupa üzv olmağa dəvət edirlər. Böyük Britaniya, İspaniya, Fransa, Almaniya və digər ölkələrin vətəndaşları da Gənc Liderlər Heydər Əliyev Yolunda Facebook dəstək kompaniyasın qrupunun izləyiciləri sırasındadırlar.
Gənclərimiz çox aktivdirlər, dayanmadan 24 saat qrupda Gənc Liderlər Heydər Əliyev Yolunda Facebook dəstək kompaniyası “Facebook”da yaratdığımız Gənc Liderlər Heydər Əliyev Yolunda səhifəmizi izləməyə, aktiv fəaliyyət göstərməyə çağırıram”. Nicat Müslümov deyib ki, səhifədə milli mədəniyyətimiz, ədəbiyyatımız , tariximiz, milli musiqimiz , İdmanımız haqqında paylaşımlar gedir: “Azərbaycanı təbliğ edirik. Həmçinin səhifədə Azərbaycanın Prezident cənab İlham Əliyevi, Milli Məclisinin deputatı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti, ”Baku” Jurnalın təsisçisi və baş redaktoru Leyla Əliyeva haqqında yazılar dərc olunur. Səhifəmizdə Dağlıq Qarabağ, milli qəhrəmanlar 20 Yanvar, Xocalı soyqırımı haqqında məlumatlar gedir”.
Nicat Müslümov deyir ki, Azərbaycan gəncliyi vətənpərvərliyi, dövlətə və xalqa hədsiz sədaqəti, fəallığı, intellekti, müasirliyi ilə seçilir:
“Ümummilli məsələlərin həllində gənclər ön sırada Azərbaycanın maraqlarını müdafiə edir, var qüvvələri ilə ölkəmizin çiçəklənməsinə və tərəqqisinə öz dəyərli töhfələrini verirlər. Azərbaycan Prezidentinin gənclər siyasətinin başlıca məqsədləri gənclərin hərtərəfli inkişafını təmin etmək, onların sosial problemlərinin həlli və cəmiyyətdə layiqli yer tutması üçün əlverişli şərait yaratmaqdır. İndiki situasiyada da gənclərimiz bu sahədə dövlət tərəfindən atılan addımları çox yüksək qiymətləndirirlər. Onlar Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin əsas dəstəkverici qüvvəsi, təbliğatçısı və təşviqatçısıdırlar. Hesab edirəm ki, bundan başqa cür də ola bilməz. Çünki gənclərimiz bu siyasətin onların həyatında müsbət dəyişikliklərə səbəb olduğunu açıq görürlər. Ümid edir və buna qətiyyətlə inanırıq ki, bundan sonra da Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi altında ciddi uğurlara, nailiyyətlərə imza atacaq”. Azərbaycan bağlı paylaşımlar olur. Mən deyərdim ki, gənclərimizin bu cür aktiv olması onu göstərir ki, Hesab edirəm ki, Gənc Liderlər Heydər Əliyev Yolunda Facebook dəstək kompaniyası biz gənclər Prezident İlham Əliyevin ətrafında daha da sıx birləşməliyik.
Nicat Müslümov,
Gənc liderlər Heydər Əliyev yolunda dəstək kompaniyasının “Facebook” səhifəsinin layihə rəhbəri.