“Dinc sakinlərdən 2-si ölüb, 10 nəfər xəsarət alıb…” –DİN və Prokurorluq iki dildə bəyanat yaydı
Azərbaycanın Daxili İşlər Nazirliyi (DİN) və Baş Prokurorluğu Ermənistan ordusunun son günlər cəbhədə törətdiyi təxribatla bağlı Azərbaycan və ingilis dilində birgə məlumat yayıblar.
Daxili İşlər Nazirliyini bildirilir ki, son günlər Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəs rejimi və beynəlxalq hüququn tələbləri kobud şəkildə pozularaq Azərbaycanın cəbhəboyu, həmçinin, təmas xəttinə yaxın olmayan yaşayış məntəqələri və mülki obyektlər iriçaplı silahlardan, mina və qumbaraatanlardan, artilleriya qurğularından intensiv atəşə tutulur:
“Aprelin 2-də törədilmiş növbəti belə təxribat və diversiya aktları nəticəsində mülki əhalinin milli zəmində düşmənçilik niyyətilə qəsdən öldürülməsi, öldürülməsinə cəhd edilməsi, vətəndaşlara məxsus əmlakın məhv edilməsi ilə müşayiət olunan xüsusilə ağır və ağır cinayət əməlləri qeydə alınıb. Dinc sakinlərdən 2-si ölüb, 10 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Vətəndaşlara külli miqdarda maddi və mənəvi ziyan vurulub. Bir orta məktəb binası, çoxsaylı evlər, obyektlər, istehsal müəssisələri düşmənin artilleriya zərbələrinə tuş gəlib, nəqliyyat vasitələri, yüksək gərginlikli elektrik xətləri sıradan çıxıb.
Həmin gün saat 08 radələrində Tərtər rayonunun Qarağacı kəndi ərazisinə atılmış mərmilərdən biri kənddə məskunlaşmış Rəhimov Cəlal Saday oğlunun idarə etdiyi “VAZ-2107” markalı avtomobilin üzərinə düşüb. Nəticədə avtomobildə olan sərnişin, 1993-cü il təvəllüdlü Rəhimov Orxan Valeh oğlu hər iki ayağını itirərək yerindəcə qanaxmadan ölüb. Avtomobilin sürücüsü Cəlal Rəhimov və yaxınlıqda olan 1990-cı il təvəllüdlü Əhmədov Ramin Rafiq oğlu çoxsaylı qəlpə yaraları alıblar.
Qeyd olunur ki, saat 12.00 radələrində düşmənin artilleriya atəşləri nəticəsində mərmilərdən biri də həmin qəsəbədə məskunlaşmış Əhmədov İsa Əli oğlunun yaşadığı mənzilə düşüb. Çoxsaylı qəlpə yaraları alan İ.Əhmədov Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Saat 19:20 radələrində rayonun Şıxarx qəsəbəsi ərazisinə atılmış mərmilərdən biri də 1987-ci il təvəllüdlü Əliyev Sadiq Natiq oğlunun idarə etdiyi “Niva-2121” markalı avtomobilin üstünə düşüb. Nəticədə avtomobildə olan sərnişin, 1992-ci il təvəllüdlü Əsədli Fərman Elçin oğlu çoxsaylı qəlpə xəsarətləri alaraq qanaxmadan ölüb. Sürücü və digər sərnişin, 1982-ci il təvəllüdlü Rəhimov Mübariz Vaqif oğlu çoxsaylı qəlpə yaraları alıblar.
Saat 20.00 radələrində yaşadığı evin yaxınlığına erməni hərbi birləşmələrinin atdığı top mərmisinin partlaması nəticəsində Ağdam rayonunun Əfətli kənd sakini, 1953-cü il təvəllüdlü Hüseynov Cümşüd İslam oğlu bel nahiyəsindən ağır xəsarət alıb və o, dərhal xəstəxanaya yerləşdirilib.
Saat 21.00 radələrində Seydimli kəndi ərazisinə atılmış mərmilərdən biri kənd sakini, 1951-ci il təvəllüdlü Vəliyev Vahid Vəli oğlunun yaşadığı mənzilə düşərək onu və azyaşlı nəvəsi, 2003-cü il təvəllüdlü Sənan Vəlizadəni ağır yaralayıb.
Məlumata görə, aprelin 2-də Goranboy rayonunun Qarqucaq kənd sakini, 1938-ci il təvəllüdlü İbrahimov Əbdüləzim Mürsəl oğlu və Tapqaraqoyunlu kəndində yaşayan 1974-cü il təvəllüdlü Allahverdiyev Abbas Şiraslan oğlu da düşmənin atdığı mərmiyə tuş gələrək ağır yaralanıblar.
Ermənistan Silahlı Qüvvələri tərəfindən atılmış mərmilərdən biri də Tərtər şəhər sakini, 1949-cu il təvəllüdlü Kruqlova Olqa İvanovnanın yaşadığı mənzili tamamilə dağıdıb.
Göstərilən bütün faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, istintaq aparılır.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasında qarşıya qoyduğu tapşırıqların icrasının, həmçinin döyüş əməliyyatları aparılan rayonların ərazisində ictimai asayişin qorunması, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün hüquq mühafizə orqanları tərəfindən bütün tədbirlər görülür, əməliyyat şəraiti nəzarətdə saxlanılır”.
***
Baş Prokurorluğun Mətbuat Xidmətindən də Strateq.az-a birgə bəyanatın ingilis dilindəki variantı daxil olub.
İngilis dillində yayılan bəyanatı da olduğu kimi təqdim edirik:
“Prosecutor General’s Office and Ministry of Internal Affairs of the Republic of Azerbaijan Joint Press Release
Recent days as a result of rough violation of ceasefire and requirements of international law by armed forces of Armenia, Azerbaijan’s frontline, settlements not neighboring the contact line and civilian facilities are being intensively fired with large-caliber arms, mines, launchers and artillery shells.
On April 2nd consequently to this kind of another provocation and diversion acts especially grave and grave crimes accompanied by murder, attempts to murder of civilian population on national ground with hostile intent destructing properties belonging to citizens were registered. 2 civilians died, 10 persons suffered different corporal injuries. Citizens were subjected to large material and moral damage. One school building, many houses, units, industrial plants came across with artillery blows of enemy, means of transport, high voltage power lines were destroyed.
Same day at about 8 am one of missiles shot down at the territory of Qaraghaji village of Terter district hit the vehicle “VAZ-2107” conducted by civilian Rahimov Jalal Saday oghlu. As a result, born in 1993 passenger Rahimov Orkhan Valeh oghlu losing his both legs died of bleeding on the spot. Driver Jalal Rahimov and being nearby Ahmadov Ramin Rafig oghlu, 1990, received numerous shrapnel wounds.
At about 12 pm as a result of artillery fires of the enemy one of the missiles hit a civilian apartment located in the same village and belonging to Ahmadov Isa Ali oghlu. Injured by many shrapnel wounds I.Ahmadov was placed at Barda district hospital.
At 19:20 pm one of the missiles shot down at the territory of Shirarkh village of the same district hit the vehicle “Niva-2121” conducted by Aliyev Sadig Natig oghlu, born 1987. As a result, passenger Asadli Farman Elchin oghlu, 1992, injured by numerous shrapnel wounds died of bleeding. Driver and another passenger Rahimov Mubariz Vagif oghlu, 1982, injured by plural shrapnel wounds.
At around 20:00 citizen of Afatli village of Agdam district Huseynov Jumshud Islam oghlu born 1953 was heavily injured to his back near his house by
the cannon missile explosion shot by the Armenian military unit and was immediately placed to the hospital.
At around 21:00 one of the cannon missiles shot at the Seydimli village territory droped on the house of Valiyev Vahid Vali oglu, born 1951 and heavily wounded him and his underage grandson Sanan Valizade, 2003.
At April 2, citizen of the village Gargujag of the Goranboy district Ibrahimov Abdulazim Mursal oghlu, born 1938 and citizen of Tapgaragoyunlu village Allahverdiyev Abbas Shiraslan oghlu, born 1974 were gravely wounded by the cannon projectile fired by the enemy.
One of the cannon missiles fired by the armed forces of Armenia completely destroyed the apartment of Tartar civilian Kruglova Olga Ivanovna, 1949.
In connection with these facts criminal cases were initiated by the relevant articles of the Criminal Code, investigation is being conducted.
Implementation of tasks set during the meeting of Security Council by the President of the Republic of Azerbaijan, Commander-in-Chief of Armed Forces Ilham Aliyev, as well as ensuring public order on the territory of regions where military operations are ongoing, ensuring the security of the civilians and all the necessary measures are being taken by the law enforcement bodies, operational state is kept under control”.