Moqerini də Qarabağ çağırışı etdi
Avropa Birliyinin diplomatiya rəhbəri Frederika Moqerini Dağlıq Qarabağdakı vəziyyətdən dərin narahatlıq keçirdiyini bildirib və tərəfləri atəşkəs rejiminə riayət etməyə çağırıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, diplomat baş verənlərin qəbuledilməz olduğunu deyib.
“Təmas xətti boyunca döyüşlərin olması barədə xəbərlər narahatlıq doğurur. Tərəfləri dərhal atəşi dayandırmağa çağırıram və onlardan təmkin nümayiş etdirmələrini, gərginliyə yol açacaq sözlərdən, hərəkətlərdən çəkinmələrini xahiş edirəm”.
Moqerini insan tələfatının olmasından təəssüfləndiyini də bildirib.
“Avropa Birliyi ATƏT-in Minsk qrupunun 3 həmsədərinin səylərini tam dəstəkləyir. Biz gözləyirik ki, hər iki tərəf ciddi şəkildə atəşkəsə əməl edəcək və münaqişənin sülh yolu ilə həlli üçün danışıqları yenidən başlayacaq”.