Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Kəlbəcərin işğalından 23 il keçir

Azərbaycanın dilbər guşələrindən biri olan Kəlbəcərin işğalından 23 il ötür. Bu illər ərzində dəyişən yalnız işğal tarixinin rəqəmləri deyil, illər ötdükcə o torpaqlarda böyüyüb boya-başa çatanların sayı da azalır. Kəlbəcər torpağının üstündə yaşaya bilməyənlərin əksəriyyəti indi respublikanın ayrı-ayrı rayonlarında torpaq altındadır. Azərbaycanın işğal altında olan torpaqlarının dəyəri, respublikamız üçün iqtisadi əhəmiyyətinı daha artıq hiss edirik.

Bəlkə də, Azərbaycan torpaqlarının 20 faizi işğal altında olmasaydı, ölkəmizin iqtisadi gücü, əhalinin həyat səviyyəsi indikindən dəfələrlə yaxşı olardı. Bu gün isə 1936 kvadrat kilometr ərazisi olan Kəlbəcərin 70 minə yaxın əhalisi respublikanın 59 rayonunun 707 yaşayış məntəqəsində köçkün həyatı yaşayır. İşğal zamanı rayonun 58 min nəfər əhalisi olub. 8 avqust 1930-cu ildə təşkil edilən Kəlbəcər rayonu qərbdə Ermənistan, şimalda Daşkəsən, Xanlar, Goranboy, şimal-şərqdə Tərtər, şərqdə Ağdam, Xocalı, cənubda Laçın rayonları ilə həmsərhəddir. Rayonun 144 kəndi, 1 şəhəri və 1 şəhər tipli qəsəbəsi var. Ən iri yaşayış məntəqələri Kəlbəcər şəhəri, İstisu qəsəbəsi, Başlıbel, Zəylik, Zar, Qılınclı və Zülfüqarlı kəndləridir. İşğal vaxtı rayonda 11 məıdəniyyət evi, 35 klub, 65 kitabxana, 20 kinoqurğu, 3 məktəbəqədər müəssisə, 8 ibtidai, 43 səkkizillik, 40 orta məktəb, 9 xəstəxana, 30 feldşer-mama məntəqəsi, sanitariya-epidemioloji stansiya, məişət xidməti kombinatı, yerli radio verilişləri stansiyası, 5000 yerlik stadion və Şahmat idman məktəbi fəaliyyət göstərib. <p”>

İşğal nəticəsində o vaxtkı qiymətlərlə rayonun xalq təsərüfatına 703 milyard 528 milyon rubl ziyan vurulub.

Kəlbəcər işğal olunana qədər rayonda sənaye müəssisələri – İstisu mineral sudoldurma zavodu, Şorbulaq Civə zavodu, «Aqrotikinti» birliyi, Kənd tikinti tresti, yol tresti, 27,61,93,51 saylı yol idarələri fəaliyyət göstərirdi. Kəlbəcər rayonunun iqtisadiyyatının əsasını kənd təsərrüfatı (maldarlıq, tütünçülük və arıçılıq) təşkil edirdi. Rayonda 31 kolxoz, 2 sovxoz fəaliyyət göstəib. Hər il min tonlarla müxtəlif kənd təsərrüfatı məhsulları (ət, süd, yun, tütün, bal) istehsal olunurdu.  Respublikanın 21 rayonunun 3 milyon baş qoyun-quzusu və 100 min baş mal-qarası yay aylarında Kəlbəcər yaylaqlarında bəslənirdi. Kəlbəcər rayonu özünəməxsus iqtisadi-coğrafi mövqeyi ilə fərqlənir. Kəlbəcərin təbii sərvətlərindən alınan gəlir respublikamızın heç bir rayonu ilə müqayisə edilə bilməzdi. <p”>

Qeyd edək ki, Kəlbəcər rayonu 541 nəfər şəhid verib. Rayon uğrunda gedən döyüşlərdə 55 hərbçi və 220 mülkü şəxs həlak olub. Minlərlə sakin yaralanıb, 321 nəfər əsir götürülüb. Kəlbəcərin işğalından sonra Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurası 3205 saylı iclasda  822 saylı qətnamə qəbul edib. Həmin qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması öz əksini tapmışdı. Lakin bugünədək həmin qətnamə və BMT Təhlükəsizlik Şurası Ağdam rayonun azad edilməsi ilə bağlı 854-cü, Füzili rayonunun azad edilməsi ilə bağlı 874-cü və digər işğal edilmiş rayonların azad edilməsi ilə bağlı 884-cü qətnamələri yerinə yetirilməyib. <p”>

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Aprel 2016
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930