Düşmən böyük itki verdi: Sarkisyan təcili ölkəsinə qayıdır
ABŞ-da səfərdə olan Ermənistan prezidenti Serj Sarkisyan təcili olaraq ölkəsinə qayıdır.
Publika.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, cəbhə xəttində düşmən tərəfinin itkiləri ilə bağlı məlumat alan Sarkisyan ölkəsinə dönmək qərarı verib. “Yaxın saatlarda prezidentin təyyarəsi İrəvana enəcək”, – deyə rəsmi məlumatda deyilir.
Qeyd edək ki, aprelin 2-nə keçən gecə erməni hərbi birləşmələri Azərbaycan mövqelərinə qarşı təxribatçı hücumlar edib. Azərbaycan Ordusu düşmən təxribatının qarşısı alaraq, düşmənə sərt cavab verib. Nəticədə düşmən tərəfi böyük itkilər verib.