Azərbaycanın bu igid əsgərləri Qarabağ uğrunda döyüşlərdə şəhid oldular –FOTOLAR
Bu gün işğal altında olan Qarabağda davam edən döyüşlərdə şəhid olmuş Azərbaycan hərbi qulluqçularının bəzilərinin adları məlum olub.
Strateq.az Virtualaz.org-a istinadən xəbər verir ki, vətənə olan borcunu yerinə yetirərkən şəhid olan hərbçilərimizdən bir neçəsinin adları məlum olub: baş leytenant Bəkir İsmayılov, gizir Fariz Novruzov, əsgərlər İlkin Məmmədov, Rəvan Nurayev.
Həyatını Qarabağımızın azad olunması yolunda fəda etmiş şəhidlərimizə eşq olsun!
Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Başın sağ olsun, VƏTƏN!
Strateq.az