Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

“Sumqayıt hadisələrini Qorbaçovun əmri ilə KQB törədib”

Moskvadakı M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasında jurnalist Səadət Qədirovanın Azərbaycan Dövlət İnformasiya Agentliyi (AzərTAc) tərəfindən nəşr edilmiş “Sumqayıt hadisələri haqqında ilk mənbədən” adlı kitabının təqdimatı keçirilib.

yknews.az AzərTAc-a istinadən bildirir ki, tədbir “Ümumrusiya Azərbaycanlılar Konqresi” Ümumrusiya İctimai Təşkilatı tərəfindən təşkil olunub.

Kitab 1980-1992-ci illərdə SSRİ Baş Prokurorluğu yanında xüsusilə mühüm işlər üzrə baş müstəntiq, 1988-ci ildə Sumqayıtda baş vermiş hadisələrlə əlaqədar işin təhqiqatı ilə məşğul olmuş Vladimir Kaliniçenko ilə müsahibə formatında nəşr edilib.

Tədbirə toplaşanlar əvvəlcə azərbaycanlıların soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad ediblər.

Kitabın müəllifi – Beynəlxalq Jurnalistlər İttifaqının və Rusiya Jurnalistlər İttifaqının üzvü, Rusiyanın TASS agentliyinin diplomatik informasiya strukturları ilə əlaqələr şöbəsinin rəhbəri, xarici siyasət sahəsində ekspert, politoloq, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin və Denverdəki Amerika Universitetinin məzunu Səadət Qədirova təqdimat mərasimində çıxış edərək vurğulayıb ki, kitabda konkret faktlar dəqiq və yığcam şəkildə əksini tapıb. “Bir məqam çox vacibdir ki, bütün bu faktlar təhqiqatda bilavasitə iştirak etmiş insan tərəfindən söylənib”, – deyən müəllifin fikrincə, kitab həmin mürəkkəb illərin hadisələri barədə həqiqətin gələcək nəsillərə çatdırılmasında mühüm rol oynayacaq.

Kitabın qəhrəmanı, 1980-1992-ci illərdə SSRİ Baş Prokurorluğu yanında xüsusilə mühüm işlər üzrə baş müstəntiq olmuş Vladimir Kaliniçenko Bakıya ilk səfəri barədə danışaraq deyib: “Mən Bakını mütləq mənada beynəlmiləlçi şəhər kimi qəbul etdim. Orada müxtəlif millətlərdən olan insanlar – azərbaycanlılar, ləzgilər, tatarlar, ruslar, ukraynalılar, yəhudilər, ermənilər və başqaları yaşayırdı. Mən ikinci bu cür beynəlmiləl şəhər görməmişdim”.

V.Kaliniçenko Sumqayıt hadisələrinin təhqiqatı prosesindən söz açaraq xüsusi qeyd edib ki, bu hadisələrin kökləri 1980-ci illərə gedib çıxır. O, Zori Balayanın, Silva Kaputikyanın və millətçi əhval-ruhiyyəli digər ermənilərin rəhbərliyi ilə “Qarabağ” komitəsinin yaradılmasını, ölkə rəhbərliyində separatçı meyllərin dəstəklənməsini xatırladıb. V.Kaliniçenko yüzlərlə azərbaycanlının Ermənistandan qovulmasını vurğulayaraq deyib: “Onlar Azərbaycana qışın şaxtalı havasında piyada gediblər. Bu adamlardan neçəsinin həlak olması sualına cavab ala bilmədim. Erməni tərəfi öz əməllərinin nəyə gətirib çıxaracağını qabaqcadan görməli idi”.

Millətlərarası münaqişələrin, o cümlədən ermənilərlə azərbaycanlılar arasında münaqişələrin qızışdırılmasında Mixail Qorbaçov başda olmaqla SSRİ rəhbərliyinin oynadığı neqativ rolu diqqətə çatdıran Vladimir Kaliniçenko sonda deyib: “Sumqayıt hadisələrinə ayıq başla və obyektiv şəkildə, lazımsız emosiyaları həddən artıq gərginəşdirmədən qiymət verilməlidir. Bu da təəccüblüdür ki, öz gözünlə gördüyün və hiss etdiyin məsələlər barədə yazanda və danışanda bunun cavabında iradlar eşidirsən – guya azərbaycanlı dostlarım məni pul gücünə ələ alıblar. Lakin iş elə gətirdi ki, düz bir ildən sonra mən Bakıda bir iş üzrə və Spitak zəlzələsinin nəticələri barədə təhqiqat apardım. O vaxt daim Yerevandan Bakıya və əks istiqamətdə gedib-gəlməli olurdum. Onda eyni qayda ilə Azərbaycan tərəfi mənə irad tuta bilərdi ki, ermənilər məni pul gücünə ələ alıblar”.

Rusiya Elmlər Akademiyasının akademiki Yuri Pompeyev, Ümumrusiya Azərbaycanlılar Konqresinin (ÜAK) icraçı direktoru İlqar Hacıyev, ÜAK-ın müşaviri Nəsib Nəbioğlu da öz çıxışlarında faktlara əsaslanan bu nəşrin dəyərli olduğunu vurğulayıblar.

Təqdimat başa çatandan sonra Vladimir Kaliniçenko tədbir iştirakçılarının suallarını cavablandırıb.

No Comments »

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Aprel 2016
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930